Şah dili – Velotur

  • Bakı, Abşeron Milli Parkı
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 12 km sürüş | 4 km yürüş
  • Mercedes Benz Sprinter

Xülasə

Şah Dili Azərbaycanın quruda yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Zirə qəsəbəsi ərazisində, Abşeron Milli Parkının hüdudlarında yerləşir. Turun bir hissəsi piyada yürüşdən, bir hissəsi isə veloyürüşdən ibarət olacaq.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Rahat idman ayaqqabısı
  • Rahat geyim
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq
  • Termos/Fincan

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.

 


 

Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı -Abşeron Milli Parkı- Bakı)
  • Milli Parka giriş biletləri
  • Peşəkar bələdçilər
  • Velosipedlər
  • İsti samovar çayı
  • Alın fanarı
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə yarım günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı götürün.

 


 

Qeydiyyat

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

12:30-13:00

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 15:00-a qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

13:00-14:00

Avtobusla Abşeron Milli Parkına yola düşürük.

3

14:00

Abşerona Milli Parkındayıq.

4

14:00-15:00

Velosipedlərlə sürməyə başlayırıq.

5

15:00

Şah Dilinə piyada yürüş edirik.

6

16:00-18:00

Şah dilinə çatırıq və asudə vaxt (çay, yemək və s.)

7

18:00

Geriyə piyada yürüş edirik.

8

19:00

Çay fasiləsi əsnasında batımını izləyirik.

9

20:00-21:00

Velosipedlərlə geri qayıdırıq.

10

21:00-22:00

Bakıya doğru yola düşürük.

Xəritə

Tez-tez soruşulan suallar
  • Şah Dili Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Abşeron Milli Parkının hüdudlarında yerləşir.

  • Yaz və yay ayları velotur üçün ideal mövsüm hesab olunur.

  • İştirakçılar tur müddətində Abşeron Milli Parkının flora və fauna aləmi, eyni zamanda dəniz mənzərələrini seyr etmək fürsəti əldə edəcəklər.

  • Şəxsi velosipedinizi Abşeron Milli Parkına özünüz gətirmək şərti ilə mümkündür.

  • Bəli, iştirakçılar velosipedlərlə təmin olunacaqlar.

  • Tur 12 km sürüş və 4 km yürüşdən ibarətdir. Sürüş ərazisi asfaltdan ibarətdir.

  • Şah Dili veloturunun qiyməti hal-hazırda 1 nəfər üçün 40 ₼-dir.

  • Bu tura 15 yaşdan yuxarı, velosiped sürə bilən, istənilən fiziki sağlam şəxs qatıla bilər.

Write a review