Hiking turlarında qidalanma necə olmalıdır?

hiking-turlarinda-qidalanma

Doğru şəkildə qidalanmaq təbiət yürüşlərini daha enerjili keçirib təbiətin ecazkarlığından daha çox zövq almağımıza kömək edir. Bu yazımızda yürüş öncəsi və yürüş müddətində qidalanma ilə bağlı tövsiyələrimizi bildirəcəyik 😊

Hikingdən öncə nə yeməli?

Yürüş boyu özümüzü enerjili hiss etməyimiz üçün mütləq səhər yeməyi yeməliyik. Yulaf əzməsi və taxıllı tez hazırlanan yeməklərdən birini yemək özümüzü həm enerjili, həm də yüngül hiss etdirəcək. Meyvə və fıstıq əzməsi ilə həm çox dadlı, həm də bol enerji qaynağıdır 😋 Nuş olsun!

Hiking müddətində nə yeyim?

Yemək rasionu zülallardan (30%), karbohidratlardan (60%) və yağlardan (10%) ibarət olmalıdır. Dənli və ya paxlalı bitkilərdən hazırlanmış yeməyin üzərinə qırmızı ət və ya toyuq sousu əlavə edə bilərsiniz. Bu cür yeməklərin tez həzm olaraq enerjiyə çevrilməsi yürüşü rahatlıqla davam etdirmənizi təmin edəcək. Yürüş edərkən çərəzlərdən, meyvələrdən, enerji barlarından və krekerlərdən “atışdırmalıq” olaraq da istifadə edə bilərsiniz. Yemək fasiləsi zamanı gözəl bir mənzərə seçməyi də unutmayın! 😉

Hiking müddətində nə qədər su içməli?

Yürüş müddətində bədənin hidratasiyası doğru təşkil olunmalıdır. Yürüşdən öncə təxminən 500-1000 ml su qəbul edilməlidir. Suyu məhz susayarkən içmək hidratasiya prosesini doğru aparmadığınızı göstərir. Məsələn, hər 10-15 dəqiqədən bir 1-2 qurtum su qəbulu bədəninizin su təminatını yaxşılaşdıracaq. Yürüşün sonunda isə heç olmaya 1 stəkan (200 ml) su və ya “Special” çayımızdan da içə bilərsiniz 😉
P.S. Hava şəraitinə bağlı qəbul edilməli suyun miqdarı dəyişir. Bədəninizi dinləyin! 🤗

Əlavə məsləhət

✅ Zülallar – balıq, ət, süd məhsulları, lobya, noxud, mərci, qarabaşaq

✅ Karbohidratlar- makaron, kartof, düyü, bulqur və s.
Yağ – bitki yağları.

❌Şirniyyat – Şirniyyatların əksəriyyəti asan karbohidratlardan ibarətdir. Bu isə həm tez bir zamanda aclıq hissi yaradır (çünki tez parçalanır), həm də bədəni çox yorur 🤓

P.S. Yürüş zamanı əlavə suyunuz və ya qidanız varsa, yürüş yoldaşlarınızla paylaşmağı unutmayın. Hər birinizə gözəl mənzərəli və şirin xatirəli yürüşlər diləyirik! 💚

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Related stories

  • 14 Fev, 2025
Akustik (səs) çirklənməsi canlılar aləminə müxtəlif formalarda mənfi təsir edən hər hansısa narahatedici və ya arzuolunmaz səslər kimi...