Niyaldağ zirvəsi (2053m) turu

  • İsmayıllı, Tağlabiyan kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • 11-12 km
  • Orta-çətin
  • Mercedes Benz Sprinter

Xülasə

Yürüşə İsmayıllının Tağlabiyan kəndindən başlayacağıq. Meşəlik ərazidən keçməklə, cığırlarla Niyaldağın 2053 metr zirvəsinə yürüş edib geri dönəcəyik. Yol boyunca Babadağa (3629 m) və ətraf kəndlərə açılan möhtəşəm dağ mənzərələrini görmək fürsəti əldə edəcəyik.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-İsmayıllı-Bakı)
  • Milli Parka giriş biletləri
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan Tağlabiyan kəndinə doğru avto nəqliyyat ilə hərəkət edəcəyik.

3

10:45-14:00

Tağlabiyan kəndindən Niyaldağ zirvəsinə doğru yürüş edirik.

4

14:00-14:30

Yemək fasiləsi və asudə vaxt.

5

14:30-17:00

Tağlabiyan kəndinə doğru geri yürüş edirik.

6

17:00-18:00

Çay süfrəsi fasiləsi.

7

18:00-21:30

Tağlabiyan kəndindən avtonəqliyyat ilə Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Niyaldağ zirvəsi İsmayıllı rayonunda, Niyal silsiləsində yerləşir.

  • Niyaldağ zirvəsinin mütləq hündürlüyü dəniz səviyyəsindən 2053 metrdir.

  • Yürüş marşrutu meşəlik və dağ-çəmək ərazisindən keçir. Zirvədən Babadağ silsiləsinə, Lahıc, Tağlabiyan və digər ətraf kəndlərə ecazkar mənzərə açılır.

  • Niyaldağ zirvəsinə ilboyu turlar təşkil edilir. Əsasən, yaz və payız ayları səyahət üçün uyğun vaxt hesab olunur.

  • Hazırda Niyaldağ zirvəsi turunun qiyməti adambaşı 55 AZN təşkil edir.

  • Yürüş təcrübəsi az və ya heç olmayanlar üçün bu tur bir qədər çətin gələ bilər.

  • 14 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review