Qalacıq şəlaləsi turu

  • İsmayıllı, Qalacıq kəndi
  • Tura dair qısa məlumat
  • Müddət
    1 gün
  • Qrup ölçüsü
    18 nəfər
  • Dillər
    Azərbaycan, ingilis və rus
  • Çətinlik
    Asan
  • Məsafə
    7–8 km
  • Nəqliyyat
    Mercedes-Benz Sprinter
  • 7–8 km

Tur haqqında

Qalacıq kəndi İsmayıllı rayonu mərkəzindən 30 km şimal- qərbdə, dağ ətəyində yerləşir. Kənddən 4.5 km məsafədə Şahdağ Milli Parkının ərazisində meşənin dərinliklərində Qalacıq şəlaləsi yerləşir.


Götürməyiniz zəruri olan əşyalar

  • Bel çantası (minimum 15-20 litr)
  • Rahat, su keçirtməyən, topuqdan yuxarı ayaqqabı dağ ayaqqabısı
  • Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt), papaq və s.)
  • Gün eynəyi
  • Yürüş çubuqları
  • Günəş kremi

Götürməyiniz məsləhət olunan əşyalar

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq
  • Alın fanarı

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz


Qiymətə daxil olan xidmətlər

50 AZN / nəfər

  • Komfortlu nəqliyyat (Bakı-Qalacıq-Bakı)
  • Dağ bələdçiləri
  • İsti çay
  • Milli Parka giriş bileti
  • İlkin yardım (ehtiyac olduqda)

Qidalanma

Zəhmət olmazsa özünüzlə su və bir günlük qida ehtiyatınızı götürün. (yemək, çərəz, meyvə, şirniyyat və s.)


Qeydiyyat

Qeydiyyat üçün saytdakı qeydiyyat formasını doldurun və ya +994 77 461 23 98 (WhatsApp) nömrəsi ilə əlaqə saxlayın. Zəng üçün: +994 77 461 23 98.

Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə edilir. İştirakınızın təsdiqi və ödəniş qaydaları barədə komanda sizə məlumat verəcək. Ödənişi yalnız bizimlə əlaqə saxlayıb iştirakınız təsdiqləndikdən sonra edin.


İmtina qaydaları

  • Turun başlanmasına ən azı 48 saat qalmış imtina: tam geri ödəniş.
  • Turun başlanmasına 24–48 saat qalmış imtina: 50% geri ödəniş.
  • Turun başlanmasına 24 saatdan az qalmış imtina: ödəniş geri qaytarılmır.

Turun planı

1

06:30–07:00

Toplanış – Gənclik Mall/ 20 Yanvar (Bravo h/marketin qarşısı)

2

07:00

Yola düşürük

3

11:00

Qalacıq kəndinə çatırıq və hazırlıq

4

11:00–13:00

Qalacıq şəlaləsinə yürüş

5

13:00–15:00

İstirahət, yemək və çay fasiləsi, sərbəst vaxt

6

15:00–17:00

Qalacıq kəndinə geri qayıdırıq

7

17:00

Bakıya yola düşürük

8

21:00

Bakıdayıq

Map

Tez-tez soruşulan suallar
  • Qalacıq şəlaləsi İsmayıllının Qalacıq kəndi yaxınlığında yerləşir.

  • Yürüş marşrutu meşəlik ərazidən və çay dərəsindən keçir. Tur müddətində Böyük Qafqazın ecazkar dağ mənzərələrindən həzz alacaqsınız.

  • Qalacıq şəlaləsinə ilboyu turlar təşkil olunur. Hər fəsildə şəlalə və ətrafı fərqli gözəllikdə olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Qalacıq şəlaləsi turunun qiyməti 1 nəfər üçün 50 AZN-dir.

  • Bəli, Qalacıq şəlaləsi turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

50.00 AZN / nəfər

50.00 AZN / nəfər

Write a review