Şah Dili Azərbaycanın quruda yerləşən ən ucqar şərq nöqtəsidir. İnzibati cəhətdən Zirə qəsəbəsi ərazisində, Abşeron Milli Parkının hüdudlarında yerləşir. Tur sahil gəzintisindən ibarət olacaq və sonda gün batımını seyr edəcəyik.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə yarım günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 15:00-a qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Avtobusla Abşeron Milli Parkına yola düşürük.
Abşerona Milli Parkına çatırıq və yürüşə hazırlaşırıq.
Şah dilinə yürüş edirik.
Şah Dilinə çatırıq və asudə vaxt (çay, nahar və s.)
Geriyə yürüş edərək günbatımı fotosessiya edirik.
Çay fasiləsi edirik.
Avtobusla Bakıya doğru hərəkət edirik.
Şah Dili Abşeron yarımadasının cənub-şərq qurtaracağında, Abşeron Milli Parkının hüdudlarında yerləşir.
Yaz və yay ayları yürüş ideal mövsüm hesab olunur.
İştirakçılar tur müddətində Abşeron Milli Parkının flora və fauna aləmi, eyni zamanda dəniz mənzərələrini seyr etmək fürsəti əldə edəcəklər.
Şah Dili turunun qiyməti hal-hazırda 1 nəfər üçün 30 ₼-dir.
Bəli, Şah dili turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
30,00 ₼
30,00 ₼
İnformasiya