Xınalıq və Qalayxudat kəndləri Qubanın dəniz səviyyəsindən 2000 metrdən çox hündürlükdə yerləşən kəndləridir. Yürüşə Xınalıq kəndindən başlayıb füsünkar Qızılqaya massivinin yamacı ilə Böyük Qafqaz dağlarını izləyərək Qalayxudat kəndinə doğru köhnə dağ yolu ilə irəliləyəcəyik. Tur müddətində Qızılqaya massivinə, Şahdağ platosuna və Tufan silsiləsinə ecazkar mənzərələr açılır. Etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə tanışlıq tura əlavə rəng qatır. Bölgəyə ilboyu turlar təşkil edilir. Ən mənzərəli dövrü isə şübhəsiz ki, may-iyun və qarlı qış aylarıdır.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
Qeydiyyat üçün saytdakı qeydiyyat formasını doldurun və ya +994 77 461 23 98 (WhatsApp) nömrəsi ilə əlaqə saxlayın. Zəng üçün: +994 77 461 23 98.
Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə edilir. İştirakınızın təsdiqi və ödəniş qaydaları barədə komanda sizə məlumat verəcək. Ödənişi yalnız bizimlə əlaqə saxlayıb iştirakınız təsdiqləndikdən sonra edin.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
We will start hiking from one of the remotest villages in Azerbaijan - Khinalig village (~2200 m) to Galaykhudat (~2200 m). During the hike, we will follow an old mountain path and enjoy the fascinating views of the Gizilgaya Massive.
Please bring a water reserve (minimum: 1-2 liters) and a daily meal for the hike, such as food, fruit, snacks, and sweets.
To register, complete the website registration form or contact +994 77 461 23 98 on WhatsApp. To call: +994 77 461 23 98.
Places are limited, so early registration is recommended. Our team will confirm your participation and provide payment instructions. Please contact us and receive confirmation before making a payment.
If canceled 48 hours or more before the tour, the payment will be fully refunded. Cancellations within 24-48 hours will receive a 50% refund, and cancellations within 0-24 hours are non-refundable.
Toplanış: Gənclik Mall / 20 Yanvar metro stansiyası (Bravo hipermarketin qarşısı).
Avtobusla Qubaya yola düşürük.
Qubaya çatırıq və dağ maşınları ilə davam edirik.
Xınalıq kəndinə çatırıq və yürüşə hazırlaşırıq.
Qalayxudat kəndinə doğru yürüşə başlayırıq.
Açıq havada fasilə: asudə vaxt və nahar.
Yürüşə davam edirik.
Qalayxudat kəndində kənd evində çay fasiləsi.
Dağ maşınları ilə Qubaya qayıdırıq.
Avtobusla Bakıya qayıdırıq.
Meeting at Ganjlik Mall / 20 Yanvar Metro Station (in front of Bravo Hypermarket)
We depart for Guba by bus
Arrive in Guba and continue by off-road cars
Arriving at Khinalig village and preparing
Hiking to Galaykhudat village
Break in the open air (free time and lunch)
Continuing the hike
Tea break at a house in Galaykhudat village
Back to Guba by off-road cars
Heading back to Baku
Xınalıq kəndi Quba rayonunda yerləşir.
Qalayxudat kəndi Quba rayonunda yerləşir.
Bölgəyə ilboyu turlar təşkil edilir. Yaz və qış ayları ən mənzərəli dövr hesab olunur.
Yürüş marşrutu əsas dağ-çəmən ərazisindən keçir. Yürüş müddətində Şahdağ, (4243 m) Tufandağ (4191 m) zirvələrinə, Qızılqaya massivinə (3756 m) açılan ecazkar mənzərələri görmək fürsəti əldə edəcəyik. Eyni zamanda, Xınalıq və Qalayxudat kəndlərinin qədim tarixi, mədəniyyəti və məişət həyatını yaxından tanıyacağıq.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Xınalıq-Qalayxudat turunun qiyməti 55 AZN-dir.
Bəli, Xınalıq-Qalayxudat turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
Bu tura 6 yaşdan yuxarı, fiziki sağlam hər kəs qatıla bilər.
55.00 AZN / nəfər / person
55.00 AZN / nəfər / person
Məlumat