Qaranohur gölü turu

  • İsmayıllı, Talıstan kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta-çətin
  • 9-10 km
  • Mercedes Benz Sprinter

Xülasə

Qaranohur gölü İsmayıllının Talıstan kəndi yaxınlığında, Şahdağ Milli Parkının hüdudlarında yerləşir. Dəniz səviyyəsindən təxminən 1520 metr hündürlükdədir. Gölə həm Talıstan, həm də Diyallı kəndindən yürüş etmək mümkündür. Qaranohura ilin dörd fəslində təbiət yürüşləri təşkil edilir. Bura yürüş edənlər hər fəsildə fərqli mənzərələrlə qarşılaşırlar.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-İsmayıllı-Bakı)
  • Milli Parka giriş biletləri
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan İsmayıllıya doğru avtobus ilə hərəkət edirik.

3

10:30-10:45

Talıstan kəndinə çatırıq və yürüşə hazırlaşırıq.

4

10:45-14:00

Qaranohur gölünə yürüş edirik.

5

14:00-15:30

Qaranohur gölünə çatırıq və asudə vaxt (çay, nahar və s.).

6

15:30-18:00

Talıstan kəndinə doğru geri yürüş edirik.

7

18:00-21:30

Avtobusla Bakıya doğru yola düşürük

Xəritə

Tez-tez soruşulan suallar
  • Qaranohur gölü İsmayıllının Talıstan kəndi yaxınlığında yerləşir.

  • Yürüş marşrutu meşəlik ərazidən və çay dərəsindən keçir. Tur müddətində Böyük Qafqazın ecazkar dağ mənzərələrindən həzz alacaqsınız.

  • Gölə ilboyu turlar təşkil edilir və hər fəsildə fərqli gözəllikdə olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Qaranohur gölü turunun 1 nəfər üçün qiyməti 45 ₼-dir.

  • Yürüş təcrübəsinin olması arzuolunandır.

  • 14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review