Quba ərazisində 1700 m yüksəklikdə yerləşən etnoqrafik Cek kəndindən yürüşə başlayacağıq. Yürüş zamanı füsünkar Qudyalçay kanyonundan keçərək 2000 m yüksəklikdə yerləşən başqa bir etnoqrafik kəndə, Qrız kəndinə doğru dağ yolu ilə irəliləyəcəyik. Qudyalçay kanyonunun gözəlliyini həm kanyonun dibindən həm də üstündən seyr edə biləcəyik. Həmçinin “99 Dolama” adlandırılan dağ yolundan keçəcəyik.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Qubaya doğru avtobusla hərəkət edirik.
Cek kəndinə çatırıq və yürüşə hazırlaşırıq.
Cek kəndindən Gur-gur şəlaləsinə doğru yürüş edirik.
Gur-gur şəlaləsinə çatırıq və asudə vaxt (çay, nahar və s.).
Gur-gur şəlaləsindən Qrız kəndinə doğru yürüş edirik.
Qrızda kənd evində çay fasiləsi.
Qrız körpüsünə doğru yürüşə davam edirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Cek kəndi Quba rayonunda yerləşir.
Qrız kəndi Quba rayonunda yerləşir.
Tur müddətində Qızılqaya massivi və ətraf dağların ecazkar mənzərələri, Qudyalçay kanyonu və Gur-gur şəlaləsinin bənzərsiz gözəllikləri və etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.
Bölgəyə ilboyu turlar təşkil edilir. Xüsusilə, yazın sonu və qış aylarında ərazi füsunkar olur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Cek-Qrız turunun qiyməti 55 ₼-dir.
Bəli, Cek-Qrız turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
55,00 ₼
55,00 ₼
İnformasiya