Tura Astarada sitrus bağına səyahətlə başlayırıq. Meyvə yığımından sonra Sım kəndinə yollanıb buradan Yuxarı Şırhal və Dustaqxana şəlalələrinə, Ballıqaya yüksəkliyinə yürüş edəcəyik. Turu kənd evində samovar çayı və yeməklə bitirəcəyik.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz
60 AZN / nəfər
Zəhmət olmasa, özünüzlə su və yolüstü zəruri qida ehtiyatınızı götürün.
Qeydiyyat üçün saytdakı qeydiyyat formasını doldurun və ya +994 77 461 23 98 (WhatsApp) nömrəsi ilə əlaqə saxlayın. Zəng üçün: +994 77 461 23 98.
Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə edilir. İştirakınızın təsdiqi və ödəniş qaydaları barədə komanda sizə məlumat verəcək. Ödənişi yalnız bizimlə əlaqə saxlayıb iştirakınız təsdiqləndikdən sonra edin.
We start the tour with a visit to a citrus garden in Astara. After picking fresh fruit, we will head to Sim village and hike from there to Yukhari Shirhal and Dustagkhana waterfalls, as well as Balligaya viewpoint. We will finish the tour at a village house with traditional samovar tea and a local meal.
Note: If you are missing any clothing or hiking equipment, you can rent them from one of our partner stores at special discounted rates for EcoHiking participants.
60 AZN per person
Please bring enough water and any necessary snacks for the journey.
To register, complete the website registration form or contact +994 77 461 23 98 on WhatsApp. To call: +994 77 461 23 98.
Places are limited, so early registration is recommended. Our team will confirm your participation and provide payment instructions. Please contact us and receive confirmation before making a payment.
Toplanış (20 Yanvar m-st) və (Gənclik m-st)
Bakıdan Sıma doğru avtobusla hərəkət (yolüstü mandarin bağına da gedirik)
Sım kəndinə çatırıq və hazırlıq
Yuxarı Şırhal şəlaləsinə doğru yürüş
Şəlalə yaxınlığında asudə vaxt və yemək fasiləsi
Ballıqayaya yürüş
Ballıqayada asudə vaxt
Dustaqxana şəlaləsinə yürüş
Dustaqxana şəlaləsində asudə vaxt
Sım kəndinə geri yürüş
Sım kəndində yemək və çay fasiləsi
Sımdan Bakıya doğru avtobusla hərəkət
Gathering at 20 Yanvar Metro Station and Gənclik Metro Station
Travel by bus from Baku towards Sım village, with a stop at a mandarin orchard along the way
Arrival in Sım village and preparation for the hike
Hike towards Yukhari Shirhal waterfall
Free time and lunch break near the waterfall
Hike to Balligaya
Free time at Balligaya
Hike to Dustagkhana waterfall
Free time at Dustagkhana waterfall
Hike back to Sim village
Meal and tea break at a village house
Travel by bus from Sim village back to Baku
Sım kəndi Astara rayonu ərazisində yerləşir.
Sım kəndinə ilin dörd mövsümündə təbiət turları təşkil edilir. Xüsusilə, kənd yazın əvvəli və payızın sonlarında füsunkar olur.
Sım kəndi "Aşağı Şırhal", "Yuxarı Şırhal", "Dustaqxana" kimi şəlalələri və "Ballıqaya" yüksəkliyi ilə məşhurdur. Eyni zamanda, yerli əhalinin mədəniyyəti və məişət həyatı turistləri cəlb edir.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Sım kəndi yürüşü və sitrus bağı gəzintisinin qiyməti 1 nəfər üçün 60 AZN-dir. Qiymətə kənd evində yemək və samovar çayı da daxildir.
Bəli, Sım turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
60.00 AZN / nəfər / person
60.00 AZN / nəfər / person
Məlumat