Soyuqbulaq şəlaləsi turu

  • Qəbələ, Vəndam kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 8-9 km
  • Mercedes Benz Sprinter

Xülasə

Soyuqbulaq şəlaləsi Qəbələnin Vəndam kəndinin yaxınlığında, Vəndam çayının sol sahilində yerləşir. Dəniz səviyyəsindən 1300 metr hündürlükdə yerləşən şəlalə pilləvaridir. Yürüşün böyük hissəsi dağ mənzərələri ilə zəngin çay dərəsindən keçir.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Qəbələ-Bakı)
  • Milli Parka giriş biletləri
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-11:00

Bakıdan Qəbələyə doğru avtobusla hərəkət edirik.

3

11:00-11:15

Vəndam kəndinə çatırıq və hazırlıq.

4

11:15-13:30

Soyuqbulaq şəlaləsinə doğru yürüş edirik.

5

13:30-15:00

Şəlaləyə çatırıq və asudə vaxt (çay, nahar və s.).

6

15:00-17:30

Vəndam kəndinə geri dönürük.

7

17:30-21:30

Avtobusla Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Soyuqbulaq şəlaləsi Qəbələnin Vəndam qəsəbəsi yaxınlığında yerləşir.

  • Yürüş marşrutu əsasən çay dərəsi və meşəlik ərazidən keçir. Tur müddətində Böyük Qafqazın ecazkar dağ mənzərələrindən həzz alacaqsınız.

  • Şəlaləyə ilboyu turlar təşkil edilir. Hər fəsildə şəlalə və ətraf ərazilər ayrı gözəllikdə olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Soyuqbulaq şəlaləsi turunun qiyməti 1 nəfər üçün 50 ₼-dir.

  • Bəli, Soyuqbulaq şəlaləsi turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review