Dilman şəlaləsi turu

  • Ağsu, Dilman kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta-asan
  • 6-7 km
  • Mercedes Benz Sprinter

Xülasə

Dilman kəndi Niyaldağ silsiləsinin ətəklərində, Ağsu çayının sol sahilində yerləşir. Kənd Türkmənçay müqaviləsindən (1828) sonra Cənubi Azərbaycanın Dilman mahalından köçmüş əhalinin məskunlaşması ilə yaranmışdır. Kəndin yaxınlığında eyni adlı şəlalə mövcuddur. Dilman şəlaləsi dəniz səviyyəsindən 950 metr yüksəklikdə, Dəliçayın üzərindədir.

 


 

Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Ağsu-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

07:00-07:25

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 07:25-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:30-10:30

Bakıdan Ağsuya doğru avtobusla hərəkət edirik.

3

10:30-10:45

Dilman kəndinə çatırıq və hazırlıq.

4

10:45-13:00

Dilman əlaləsinə doğru yürüş edirik.

5

13:00-15:00

Şəlaləyə çatırıq və asudə vaxt (çay, nahar və s.).

6

15:00-17:00

Kəndə doğru geri yürüş edirik.

7

17:00-20:00

Avtobusla Bakıya doğru yola düşürük.

Xəritə

Tez-tez soruşulan suallar
  • Dilman şəlalələsi Ağsu rayonunun Dilman kəndi yaxınlığında yerləşir.

  • Şəlaləyə gedən yol əsasən meşəlik ərazidən keçir. Tur müddətində Ağsu meşələrinin gözəlliyindən həzz alacaqsınız.

  • Dilman şəlaləsinə ilboyu turlar təşkil edilir. Yaz və payız aylarında xüsusilə füsunkar olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Dilman şəlaləsi turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.

  • Bəli, Dilman şəlaləsi turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review