Çıraqqala turu

  • Şabran, Çaraq kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 6-7 km
  • Mercedes Benz Sprinter

Xülasə

V-VI əsr Alban-Sasani memarlığının incisi olan Çıraqqala müasir Şabran şəhərinin şəhər mərkəzindən 20-25 km məsafədə, 1232 metr hündürlükdə yerləşir. Qaladan Taxtakörpü Su Anbarına, Xəzər dənizinə, Şabran şəhərinə və ətraf kəndlərə ecazkar mənzərə açılır.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.

 


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Şabran-Bakı)
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

07:00-07:30

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 07:25-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:30-10:00

Bakıdan Xınalığa doğru avto nəqliyyat ilə hərəkət edəcəyik.

3

10:00-10:15

Başlanğıc nöqtəyə çatırıq və yürüşə hazırlıq.

4

10:15-12:30

Çıraqqalaya doğru yürüş edirik.

5

12:30-13:30

Qalaya çatırıq və asudə vaxt (çay, nahar və s.).

6

13:30-16:00

Geriyə doğru yürüş edirik.

7

16:00-17:00

Kənd ərazisində çay fasiləsi.

7

17:00-19:30

Avtobusla Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Çıraqqala abidəsi Şabran rayonunda yerləşir.

  • Yürüş marşrutu Qalaaltı meşəsindən keçir. Qaladan ətraf əraziləri - Xəzər dənizinin, Beşbarmaq dağının, Taxtakörpü su anbarının ecazkar mənzərələrini seyr etmək mümkündür.

  • Çıraqqalaya ilboyu turlar təşkil edilir və hər fəsildə ayrı gözəllikdə olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Çıraqqala turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.

  • Bəli, Çıraqqala turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review