Qrız kəndi Qubanın dəniz səviyyəsindən 2000 metr yüksəkdə yerləşən kəndlərdən biridir. Böyük Qafqaz dağlarının yamacında, Qudyalçay kanyonunun şimalında düzən ərazidə yerləşir. Kənddə 30-40 ev mövcuddur və qrızlılar özlərini “har” adlandırırlar. Qusarın Laza kəndi isə Şahdağ platosunun ətəyində dəniz səviyyəsindən təxminən 1660 metr hündürlükdə yerləşir. Yürüşə Qrız kəndindən başlanılır və Mıxtökən silsiləsi boyunca yürüş edilərək Lazada tamamlanır. İlin dörd fəsli aktiv olan bu marşrutun ən mənzərəli vaxtı may-iyun və qarlı qış aylarıdır.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 04:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Qubaya doğru avtobus ilə hərəkət edirik.
Dağ maşınları ilə yola davam edib Qrız kəndinə çatırıq.
Yürüşün başlanğıc nöqtəsinə çatırıq və hazırlaşırıq.
Lazaya doğru yürüşə başlayırıq.
Uyğun yerdə fasilə edirik (nahar, çay və s.).
Yürüşə davam edirik.
Lazaya çatırıq və asudə vaxt (çay, yemək, kənd ətrafında gəzinti və s.).
Avtobusla Bakıya doğru hərəkət edirik.
Qrız kəndi Quba rayonu ərazisində yerləşir.
Laza kəndi Qusar rayonu ərazisində yerləşir.
Yürüş marşrutu əsasən dağ-çəmən landşaftından keçir. Tur müddətində Qızılqaya massivinin, Şahdağ platosunun və Mıxtökən silsiləsinin ecazkar mənzələrinə şahidlik edib, etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.
Bölgəyə ilboyu turlar təşkil edilir. Yaz və qış ayları yürüş üçün ideal zaman hesab olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Qrız-Laza turunun qiyməti 60 ₼-dir.
Bu tur üçün yürüş təcrübəsinin olması mütləqdir.
14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu yürüşə qatıla bilər.
60,00 ₼
60,00 ₼
İnformasiya