Bibihoni şəlalələri turu

  • Lerik, Bibihoni kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 11-12 km
  • Mercedes Benz Sprinter

Xülasə

Bibihoni şəlaləsi Lerikin eyniadlı kəndi yaxınlığında yerləşir. Toponim “bib” heyva, “honi” bulaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yürüşə Hamarmeşə kəndindən başlanılır və meşə cığırı ilə Bibihoni şəlalələrinə doğru yürüş edilir.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Lerik-Bakı)
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan Lerikə doğru avtobus ilə hərəkət edirik

3

10:30-10:45

Hamarmeşə kəndinə çatırıq və yürüşə hazırlaşırıq

4

10:45-13:30

Bibihoni şəlalələrinə yürüş edirik

5

13:30-15:30

Şəlaləyə çatırıq və asudə vaxt (çay, nahar və s.)

6

15:30-17:30

Şəlalədən Hamarmeşə kəndinə geri yürüş edirik

7

17:30-21:00

Avtobusla Bakıya doğru yola düşürük

Xəritə

Tez-tez soruşulan suallar
  • Bibihoni şəlalələri Lerikin Bibihoni kəndi yaxınlığında yerləşir.

  • Yürüş marşrutu əsasən meşəlik ərazi və çay dərəsindən keçir. Tur müddətində Hamarmeşə və Bibihoni kəndlərinin və ətraf ərazilərin ecazkar mənzərələrini, Bibihoni şəlalələrini və yerli sakinlərin məişət və mədəni həyatını yaxından tanımaq fürsəti əldə edəcəyik.

  • Yaz, yay və payız ayları yürüş üçün ideal vaxt hesab olunur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Bibihoni şəlalələri turunun qiyməti 1 nəfər üçün 45 AZN-dir.

  • Bəli, bu tur yürüş təcrübəsi az və ya heç olmayanlar üçün də uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review