Mistan dağı Lerikin Mistan kəndi yaxınlığında yerləşir. Silsilənin ən yüksək nöqtəsi Düzdılıq zirvəsidir. Zirvənin hündürlüyü 2326 metrdir. Zirvə üzərindən Talış dağlarının ən hündür iki nöqtəsi Gömürgöy (2493 m) və Qızyurdu (2433 m) zirvələrinə ecazkar mənzərə açılır. Eyni zamanda, hava şəraitindən asılı olaraq Ərdəbil vilayətində yerləşən, Cənubi Azərbaycanın ən hündür zirvəsi Savalan dağını da (4811 m) görə bilərik.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Lerikə doğru avtobus ilə hərəkət edirik.
Lerikdən Mistan kəndinə doğru dağ maşını ilə yolumuza davam edirik.
Mistan kəndinə çatırıq və yürüşə hazırlaşırıq.
Mistan dağına doğru yürüş edirik.
Mistan dağına çatırıq və asudə vaxt (çay, nahar və s.).
Mistan kəndinə doğru geri yürüş edirik.
Kənd evində çay fasiləsi edirik.
Dağ maşını ilə Lerikə doğru hərəkət edirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Mistan dağı Lerikin Mistan kəndi yaxınlığında yerləşir.
Mistan dağının mütləq hündürlüyü dəniz səviyyəsindən 2326 metrdir.
Buludsuz və aydın səmada Mistan dağından Savalan dağını (4811 m), Talış dağlarının yüksək zirvələrini, Xəzər dənizini, Qızılağac Milli Parkını, ətraf rayon və kəndlərini seyr etmək mümkündür.
Yaz və qış ayları yürüş üçün daha ideal vaxt hesab olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Mistan turunun qiyməti 1 nəfər üçün 50 ₼-dir.
Bəli, Mistan turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
14 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
50,00 ₼
50,00 ₼
İnformasiya