Sım turu

  • Astara, Sım kəndi
  • Tura dair qısa məlumat
  • Müddət
    1 gün
  • Qrup ölçüsü
    18 nəfər
  • Dillər
    Azərbaycan, ingilis və rus
  • Çətinlik
    Orta
  • Məsafə
    7–8 km
  • Nəqliyyat
    Mercedes-Benz Sprinter
  • 7–8 km

Tur haqqında

Tura Astarada sitrus bağına səyahətlə başlayırıq. Meyvə yığımından sonra Sım kəndinə yollanıb buradan Yuxarı Şırhal və Dustaqxana şəlalələrinə, Ballıqaya yüksəkliyinə yürüş edəcəyik. Turu kənd evində samovar çayı və yeməklə bitirəcəyik.


Götürməyiniz zəruri olan əşyalar

  • Bel çantası (minimum 15-20 litr)
  • Rahat, su keçirtməyən, topuqdan yuxarı dağ ayaqqabısı
  • Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt), papaq və s.)
  • Günəş kremi
  • Gün eynəyi
  • Su qabı/Termos
  • Yürüş çubuqları

Götürməyiniz məsləhət olunan əşyalar

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz


Qiymətə daxil olan xidmətlər

60 AZN / nəfər

  • Komfortlu nəqliyyat (Bakı – Astara – Bakı)
  • Dağ bələdçiləri
  • Sitrus bağına giriş
  • Kənd evində samovar çayı
  • Kənd evində yemək
  • İlkin yardım (ehtiyac varsa)

Qidalanma

Zəhmət olmasa, özünüzlə su və yolüstü zəruri qida ehtiyatınızı götürün.


Qeydiyyat

Qeydiyyat üçün saytdakı qeydiyyat formasını doldurun və ya +994 77 461 23 98 (WhatsApp) nömrəsi ilə əlaqə saxlayın. Zəng üçün: +994 77 461 23 98.

Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə edilir. İştirakınızın təsdiqi və ödəniş qaydaları barədə komanda sizə məlumat verəcək. Ödənişi yalnız bizimlə əlaqə saxlayıb iştirakınız təsdiqləndikdən sonra edin.


İmtina qaydaları

  • Turun başlanmasına ən azı 48 saat qalmış imtina: tam geri ödəniş.
  • Turun başlanmasına 24–48 saat qalmış imtina: 50% geri ödəniş.
  • Turun başlanmasına 24 saatdan az qalmış imtina: ödəniş geri qaytarılmır.

Turun planı

1

06:30–06:55

Toplanış (20 Yanvar m-st) və (Gənclik m-st)

2

07:00–11:35

Bakıdan Sıma doğru avtobusla hərəkət (yolüstü mandarin bağına da gedirik)

3

11:45–12:15

Sım kəndinə çatırıq və hazırlıq

4

12:15–13:30

Yuxarı Şırhal şəlaləsinə doğru yürüş

5

13:30–14:00

Şəlalə yaxınlığında asudə vaxt və yemək fasiləsi

6

14:00–14:30

Ballıqayaya yürüş

7

14:30–15:00

Ballıqayada asudə vaxt

8

15:00–15:45

Dustaqxana şəlaləsinə yürüş

9

15:45–16:15

Dustaqxana şəlaləsində asudə vaxt

10

16:15–17:30

Sım kəndinə geri yürüş

11

17:30–18:30

Sım kəndində yemək və çay fasiləsi

12

18:30–22:30

Sımdan Bakıya doğru avtobusla hərəkət

Map

Tez-tez soruşulan suallar
  • Sım kəndi Astara rayonu ərazisində yerləşir.

  • Sım kəndinə ilin dörd mövsümündə təbiət turları təşkil edilir. Xüsusilə, kənd yazın əvvəli və payızın sonlarında füsunkar olur.

  • Sım kəndi "Aşağı Şırhal", "Yuxarı Şırhal", "Dustaqxana" kimi şəlalələri və "Ballıqaya" yüksəkliyi ilə məşhurdur. Eyni zamanda, yerli əhalinin mədəniyyəti və məişət həyatı turistləri cəlb edir.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Sım kəndi yürüşü və sitrus bağı gəzintisinin qiyməti 1 nəfər üçün 60 AZN-dir. Qiymətə kənd evində yemək və samovar çayı da daxildir.

  • Bəli, Sım turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

60.00 AZN / nəfər

60.00 AZN / nəfər

Write a review