Hirkan Milli Parkı Azərbaycanın cənubunda yerləşən və nadir təbiəti ilə seçilən qorunan ərazilərdən biridir. Park əsasən relikt Hirkan meşələri ilə məşhurdur və bu meşələr UNESCO tərəfindən dünya irsi siyahısına daxil edilib. Burada çoxlu endemik bitki və heyvan növləri yaşayır, o cümlədən nadir ağac növləri qorunur. Park həm elmi tədqiqatlar, həm də ekoturizm üçün böyük əhəmiyyət daşıyır. Tur Xanbulan gölü ətrafında baş tutacaq. Tur zamanı Hirkan MP-da rast gəlinən ağac, kol və ot bitkilərinin növləri təyin ediləcək və iştirakçılara məlumat veriləcək. Xanbulan gölü su anbarı kimi 1976-cı ildə suvarma məqsədilə yaradılmışdır. Göl Didoval çökəkliyində, Dızdaru çayının məcrasında yerləşməklə Hirkan Milli Parkının hüdudlarındadır. Xanbulan gölü bölgənin əsas turizm marşrutlarından biridir. Ən mənzərəli dövrü yaz və payız ayları hesab olunur.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz
50 AZN / nəfər.
Qeyd : Zəhmət olmazsa özünüzlə 1 günlük su və qidalanma ehtiyatınızı götürün.
+994 77 461 23 98 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
Hirkan National Park in southern Azerbaijan protects ancient forests that are part of a UNESCO World Heritage site. The walk takes place around Khanbulan Lake, where participants learn to identify local trees, shrubs and herbaceous plants. The lake is a reservoir created for irrigation in 1976 on the Dizdaru River, within the park. Spring and autumn are especially scenic.
Note: Missing gear or clothing can be rented at a discount from our partner shop.
50 AZN per person.
Note: Bring water and food for the day.
To register, contact +994 77 461 23 98 on WhatsApp. Places are limited, so we recommend registering early. We will share payment instructions after you contact us.
Full refund for cancellations at least 48 hours before the tour. A 50% refund applies 24–48 hours before the tour. Cancellations less than 24 hours before the tour are non-refundable.
Toplanış (20 Yanvar m-st)
Yola düşürük (yol müddətində mütəxəsis Hirkan Milli Parkı haqqında nəzəri məlumatlar verir)
Hirkan Milli Parkına çatırıq və hazırlıq
Göl ətrafında yürüş və bitki tanıma fəaliyyəti
Göl ətrafında asudə vaxt
Yürüşə davam edirik
Çay fasiləsi
Avtobusla Bambuk bağına gedirik
Bambuk bağında asudə vaxt
Bakıya doğru yola düşürük
Meet at 20 Yanvar metro station
Set off; a specialist introduces Hirkan National Park on the way
Arrive at Hirkan National Park and get ready
Walk around the lake and identify plants
Free time by the lake
Continue the walk
Tea break
Travel by bus to the bamboo garden
Free time at the bamboo garden
Travel back to Baku
50.00 AZN / nəfər / person
50.00 AZN / nəfər / person
Məlumat