Eh yolu turu

  • Quba, Qrızdəhnə – Qrız
  • Tura dair qısa məlumat
  • Müddət
    1 gün
  • Qrup ölçüsü
    18 nəfər
  • Dillər
    Azərbaycan, ingilis və rus
  • Çətinlik
    Orta–çətin
  • Məsafə
    11–12 km
  • Nəqliyyat
    Bakıdan gediş-dönüş
  • 11–12 km

Tur haqqında

Eh yolu Qubanın Qrızdəhnə kəndi ilə Qrız kəndini birləşdirən qədim yoldur. Yol özünün möhtəşəm dağ mənzərələrinə görə seçilir. Bu cığırın üzərində, qayalığın üstündə məşhur “Xeyir-Şər” daşları vardır. Daşların üzərinə çıxıb qışqıran zaman Qrızdəhnə sakinləri Qrızda toy yoxsa yasın olduğunu müəyyənləşdirirdilər. Marşrutumuzu həmçinin, qış aylarında donması ilə seçilən, unikal təbiət abidəsi olan Gur-gur şəlaləsindən də salacağıq.


Götürməyiniz zəruri olan əşyalar

  • Bel çantası (minimum 15-20 litr)
  • Rahat su keçirtməyən topuqdan yuxarı ayaqqabı (dağ ayaqqabısı tövsiyə olunur)
  • Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt), papaq və s.)
  • Günəş kremi
  • Gün eynəyi
  • Su qabı/termos və s.
  • Yürüş çubuqları

Götürməyiniz məsləhət olan əşyalar

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymət

55 AZN / nəfər.


Qiymətə daxil olan xidmətlər

  • Komfortlu nəqliyyat (Bakı – Qrızdəhnə – Bakı)
  • Dağ bələdçiləri (rəsmi sertifikatlı)
  • İsti samovar çayı
  • İlkin yardım (ehtiyac varsa)

Qeyd : Zəhmət olmazsa özünüzlə su və qida ehtiyatınızı götürün. (yemək, çərəz, meyvə, şirniyyat və s.)


Qeydiyyat

+994 77 461 23 98 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.

Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.


İmtina qaydaları

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

06:30

Toplanış – 20 Yanvar m-st (Bravo h/m-in qarşısı)

2

06:30–06:55

Toplanma və bazarlıq vaxtı

3

07:00

Yola düşürük

4

10:30

Qrızdəhnə kəndinə çatırıq və hazırlıq

5

10:45

Yürüşə başlayırıq

6

14:00–14:30

Yolüstü fasilə (asudə vaxt və nahar)

7

14:30–16:00

Yürüşə davam edirik

8

16:00–17:00

Qrızda kənd evində çay süfrəsi

9

17:00–18:00

Qrız körpüsünə yürüş edirik

10

18:00

Bakıya yola düşürük

11

22:00

Bakıdayıq.

Map

Tez-tez soruşulan suallar
  • Eh yolu Qubanın Qrızdəhnə və Qrız kəndlərini birləşdirən qədim yoldur.

  • Tur müddətində Qızılqaya massivi və ətraf dağların ecazkar mənzərələri, Qudyalçay kanyonu və Gur-gur şəlaləsinin bənzərsiz gözəllikləri və etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.

  • Bölgəyə ilboyu turlar təşkil edilir. Yaz sonu və qış ayları yürüş üçün ideal vaxt hesab olunur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Eh yolu turunun qiyməti 1 nəfər üçün 55 ₼-dir.

  • Yürüş təcrübəsinin olması arzuolunandır.

  • 14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu yürüşə qatıla bilər.

55.00 AZN / nəfər

55.00 AZN / nəfər

Write a review