Xarıbülbül (2783 m) turu

  • Quba, Xınalıq kəndi
  • Tura dair qısa məlumat
  • Müddət
    1 gün
  • Qrup ölçüsü
    18 nəfər
  • Dillər
    Azərbaycan, ingilis və rus
  • Çətinlik
    Orta
  • Məsafə
    7–8 km
  • Nəqliyyat
    Mercedes-Benz Sprinter və dağ maşınları
  • 7-8 km

Tur haqqında

Xarıbülbül yüksəkliyi (2783 m) Vətən Müharibəsində şəhid olan hərbçilərimizin xatirəsini əbədiləşdirmək üçün 2020-ci ilin 13 dekabr tarixində bir qrup azərbaycanlı alpinist tərəfindən təsis edilmişdir. Yüksəklik Qubanın Xınalıq və Qalaxudat kəndləri arasında, Qızılqaya massivinin yamacında yerləşir. Yürüşə Xınalıq kəndindən başlayacağıq və eyni istiqamətdə geri dönəcəyik.


Götürməyiniz zəruri olan əşyalar

  • Bel çantası (minimum 15-20 litr)
  • Rahat, su keçirtməyən, topuqdan yuxarı dağ ayaqqabısı
  • Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt), baş örtüyü, əlcək, papaq və s.)
  • Günəş kremi
  • Gün eynəyi
  • Su qabı/termos
  • Yürüş çubuqları
  • Alın fanarı

Götürməyiniz məsləhət olunan əşyalar

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz


Qiymətə daxil olan xidmətlər

60 AZN / nəfər

  • Komfortlu nəqliyyat (Bakı-Quba-Bakı)
  • Dağ maşını (Quba-Xınalıq-Quba)
  • Dağ bələdçiləri
  • Samovar çayı (kənd evində)
  • İlkin yardım (ehtiyac olarsa)

Qidalanma

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1 litr) və qida ehtiyatınızı götürün.


Qeydiyyat

Qeydiyyat üçün saytdakı qeydiyyat formasını doldurun və ya +994 77 461 23 98 (WhatsApp) nömrəsi ilə əlaqə saxlayın. Zəng üçün: +994 77 461 23 98.

Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə edilir. İştirakınızın təsdiqi və ödəniş qaydaları barədə komanda sizə məlumat verəcək. Ödənişi yalnız bizimlə əlaqə saxlayıb iştirakınız təsdiqləndikdən sonra edin.

Ödənişdən sonra qəbzin şəklini WhatsApp nömrəmizə göndərin və qəbzi özünüzdə saxlayın.


İmtina qaydaları

  • Turun başlanmasına ən azı 48 saat qalmış imtina: tam geri ödəniş.
  • Turun başlanmasına 24–48 saat qalmış imtina: 50% geri ödəniş.
  • Turun başlanmasına 24 saatdan az qalmış imtina: ödəniş geri qaytarılmır.

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan Qubaya doğru avtobus ilə hərəkət edəcəyik.

3

10:30-11:30

Qubadan Xınalığa doğru dağ maşınları ilə hərəkət edirik.

4

11:45-14:00

Son hazırlıq və yürüşə başlayırıq.

5

14:00-15:00

Zirvəyə çatırıq və asudə vaxt.

6

15:00-17:00

Xınalıq kəndinə doğru geri yürüş edirik.

7

17:00-18:00

Kənd evində çay fasiləsi.

8

18:00-19:00

Dağ maşınları ilə Qubaya qayıdırıq.

10

19:00-23:00

Avtobusla Bakıya doğru hərəkət edirik.

Map

Tez-tez soruşulan suallar
  • 14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu yürüşə qatıla bilər.

  • Yürüş təcrübəsinin olması arzuolunandır.

  • Xarıbülbül yüksəkliyi Qubanın Qalaxudat və Xınalıq kəndləri arasında yerləşir.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Xarıbülbül turunun qiyməti 1 nəfər üçün 60 ₼-dir.

  • Xarıbülbül yüksəkliyinə əsasən 8 Noyabr "Zəfər Günü" ərəfəsində turlar təşkil edilir.

  • Tur müddətində Qızılqaya massivi və ətraf dağların ecazkar mənzərələrini seyr edib, etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.

60.00 AZN / nəfər

60.00 AZN / nəfər

Write a review