Kuzun – Laza turu

  • Qusar, Kuzun – Laza
  • Tura dair qısa məlumat
  • Müddət
    1 gün
  • Çətinlik
    Orta
  • Məsafə
    7–8 km
  • Nəqliyyat
    Bakıdan gediş-dönüş
  • 7–8 km

Tur haqqında

Yürüşə dəniz səviyyəsindən 1380 m hündürlükdən başlayacağıq. Kuzun və Laza kəndlərini birləşdirən dağ yolu ilə yürüş edəcəyik. Yol boyunca dağ çəmən və meşəlik ərazilərdən keçəcəyik. Qusarçayın dərəsində çaya yaxın ərazidə yemək fasiləsi edəcəyik. Yürüşü Laza kəndində (1720 m) samovar çayı içməklə yekunlaşdıracağıq.


Götürməyiniz zəruri olan əşyalar

  • Bel çantası (minimum 15-20 litr)
  • Rahat su keçirtməyən topuqdan yuxarı ayaqqabı (dağ ayaqqabısı tövsiyə olunur)
  • Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt), papaq və s.)
  • Günəş kremi
  • Gün eynəyi
  • Fincan/termos və s
  • Yürüş çubuqları

Götürməyiniz məsləhət olan əşyalar

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq
  • Tozluq

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymət

45 AZN / nəfər.


Qiymətə daxil olan xidmətlər

  • Komfortlu nəqliyyat (Bakı – Kuzun-Bakı)
  • Dağ bələdçiləri (rəsmi sertifikatlı)
  • İsti samovar çayı
  • İlkin yardım (ehtiyac varsa)

Qeyd : Zəhmət olmazsa özünüzlə su və qida ehtiyatınızı götürün. (yemək, çərəz, meyvə, şirniyyat və s.)


Qeydiyyat

+994 77 461 23 98 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.

Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.


İmtina qaydaları

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır

Turun planı

1

06:15–06:45

Toplanış – 20 Yanvar m-st və Gənclik m-st

2

07:00–10:30

Bakıdan Kuzuna yola düşürük

3

10:30

Başlanğıc yerə çatırıq və hazırlıq

4

10:45

Yürüşə başlayırıq

5

13:00–14:00

Sərbəst vaxt

6

16:30

Laza kəndinə çatırıq

7

16:30–17:00

Çay fasiləsi

8

17:00–18:00

Lazada sərbəst vaxt

9

18:00

Bakıya yola düşürük

10

21:30

Bakıdayıq

Map

45.00 AZN / nəfər

45.00 AZN / nəfər

Write a review