Xınalıq – Qalayxudat turu

  • Quba, Xınalıq kəndi
  • Tura dair qısa məlumat
  • Müddət
    1 gün
  • Qrup ölçüsü
    18 nəfər
  • Dillər
    Azərbaycan, ingilis və rus
  • Çətinlik
    Asan
  • Məsafə
    7–8 km
  • Nəqliyyat
    Mercedes-Benz Sprinter və dağ maşınları
  • 7–8 km

Tur haqqında

Xınalıq və Qalayxudat kəndləri Qubanın dəniz səviyyəsindən 2000 metrdən çox hündürlükdə yerləşən kəndləridir. Yürüşə Xınalıq kəndindən başlayıb füsünkar Qızılqaya massivinin yamacı ilə Böyük Qafqaz dağlarını izləyərək Qalayxudat kəndinə doğru köhnə dağ yolu ilə irəliləyəcəyik. Tur müddətində Qızılqaya massivinə, Şahdağ platosuna və Tufan silsiləsinə ecazkar mənzərələr açılır. Etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə tanışlıq tura əlavə rəng qatır. Bölgəyə ilboyu turlar təşkil edilir. Ən mənzərəli dövrü isə şübhəsiz ki, may-iyun və qarlı qış aylarıdır.


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Quba-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • İlkin yardım (ehtiyac olduqda)

Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.


Qeydiyyat:

Qeydiyyat üçün saytdakı qeydiyyat formasını doldurun və ya +994 77 461 23 98 (WhatsApp) nömrəsi ilə əlaqə saxlayın. Zəng üçün: +994 77 461 23 98.

Yerlər məhduddur, erkən qeydiyyat tövsiyə edilir. İştirakınızın təsdiqi və ödəniş qaydaları barədə komanda sizə məlumat verəcək. Ödənişi yalnız bizimlə əlaqə saxlayıb iştirakınız təsdiqləndikdən sonra edin.


İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

06:15–06:45

Toplanış: Gənclik Mall / 20 Yanvar metro stansiyası (Bravo hipermarketin qarşısı).

2

07:00–10:00

Avtobusla Qubaya yola düşürük.

3

10:00–11:30

Qubaya çatırıq və dağ maşınları ilə davam edirik.

4

11:30–11:45

Xınalıq kəndinə çatırıq və yürüşə hazırlaşırıq.

5

11:45–14:00

Qalayxudat kəndinə doğru yürüşə başlayırıq.

6

14:00–14:30

Açıq havada fasilə: asudə vaxt və nahar.

7

14:30–16:00

Yürüşə davam edirik.

8

16:00–17:00

Qalayxudat kəndində kənd evində çay fasiləsi.

9

17:00–18:30

Dağ maşınları ilə Qubaya qayıdırıq.

10

18:30–21:30

Avtobusla Bakıya qayıdırıq.

Map

Tez-tez soruşulan suallar
  • Xınalıq kəndi Quba rayonunda yerləşir.

  • Qalayxudat kəndi Quba rayonunda yerləşir.

  • Bölgəyə ilboyu turlar təşkil edilir. Yaz və qış ayları ən mənzərəli dövr hesab olunur.

  • Yürüş marşrutu əsas dağ-çəmən ərazisindən keçir. Yürüş müddətində Şahdağ, (4243 m) Tufandağ (4191 m) zirvələrinə, Qızılqaya massivinə (3756 m) açılan ecazkar mənzərələri görmək fürsəti əldə edəcəyik. Eyni zamanda, Xınalıq və Qalayxudat kəndlərinin qədim tarixi, mədəniyyəti və məişət həyatını yaxından tanıyacağıq.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Xınalıq-Qalayxudat turunun qiyməti 55 AZN-dir.

  • Bəli, Xınalıq-Qalayxudat turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • Bu tura 6 yaşdan yuxarı, fiziki sağlam hər kəs qatıla bilər.

55.00 AZN / nəfər

55.00 AZN / nəfər

Write a review