Ax-Ox çayı Əyriçayın sağ qolu olub İsmayıllı rayonu ərazisindən axır. Mənbəyini Qovdağ silsiləsinin 2000 metr yüksəkliklərindən götürür. Çayı bəzən “Dəvəbatan çayı” da adlandırırlar. Çayın adı ilə bağlı müxtəlif versiyalar mövcuddur. Bir versiyaya görə çayın adı qədim türk dilindən “axlak” – “yüksəklik, zirvə”, “ox, ok” – “su, çay, axar su” kimi ifadə olunduğuna görə, “ax-ox” – “dağ çayı” mənasını ifadə edir. Digər versiyaya görə isə, vaxtı ilə burada yaşayan malakanlar sel fəlakəti zamanı “Ax-ox” deyərək öz kədərlərini ifadə ediblər. Ehtimala görə, çayın adı sonradan elə “Ax-ox” adlandırılmağa başlayıb. Yürüşə Ax-ox çayının sahilində yerləşən “Qız qalası” abidəsini ziyarət etməklə başlayacağıq. XI – XII əsrlərə aid qala Axox çayının sağ sahilində sərt yamaclar və sıldırım qayalarla əhatələnmiş dağın üstündə tikilmiş müdafiə istehkamıdır.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Xanagah kəndinə (İsmayıllı) doğru avtobus ilə hərəkət edirik.
Xanagah kəndinə çatırıq və yürüşə hazırlıq.
Qız qalasına yürüş edirik.
Qız qalasına çatırıq və asudə vaxt.
Kanyon boyunca yürüş edirik.
Geriyə yürüş edirik.
Avtobusla Bakıya doğru yolü düşürük.
Ax-ox kanyonu İsmayıllının Xanagah kəndi yaxınlığında yerləşir.
Yürüş əsasən çay dərəsindən və meşəlik ərazidən keçir. Böyük Qafqazın ecazkar dağ mənzərələrini və tarixi Qız qalasının qalıqlarını seyr edə biləcəksiniz.
Yay ayları yürüş üçün daha uyğundur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Ax-ox kanyonu turunun qiyməti 1 nəfər üçün 45 AZN-dir.
Bəli, Ax-ox kanyonu turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
45,00 ₼
45,00 ₼
İnformasiya