Bibihoni şəlaləsi Lerikin eyniadlı kəndi yaxınlığında yerləşir. Toponim “bib” heyva, “honi” bulaq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Yürüşə Hamarmeşə kəndindən başlanılır və meşə cığırı ilə Bibihoni şəlalələrinə doğru yürüş edilir.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Lerikə doğru avtobus ilə hərəkət edirik
Hamarmeşə kəndinə çatırıq və yürüşə hazırlaşırıq
Bibihoni şəlalələrinə yürüş edirik
Şəlaləyə çatırıq və asudə vaxt (çay, nahar və s.)
Şəlalədən Hamarmeşə kəndinə geri yürüş edirik
Avtobusla Bakıya doğru yola düşürük
Bibihoni şəlalələri Lerikin Bibihoni kəndi yaxınlığında yerləşir.
Yürüş marşrutu əsasən meşəlik ərazi və çay dərəsindən keçir. Tur müddətində Hamarmeşə və Bibihoni kəndlərinin və ətraf ərazilərin ecazkar mənzərələrini, Bibihoni şəlalələrini və yerli sakinlərin məişət və mədəni həyatını yaxından tanımaq fürsəti əldə edəcəyik.
Yaz, yay və payız ayları yürüş üçün ideal vaxt hesab olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Bibihoni şəlalələri turunun qiyməti 1 nəfər üçün 45 AZN-dir.
Bəli, bu tur yürüş təcrübəsi az və ya heç olmayanlar üçün də uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
45,00 ₼
45,00 ₼
İnformasiya