Fit Dağı (1810 m) turu

  • İsmayıllı, Sulut kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta-çətin
  • 13-14 km
  • Mercedes Benz Sprinter

Xülasə

Fit dağı Sulut və Basqal kəndlərinin yaxınlığında, dəniz səviyyəsindən 1810 metr hündürlükdə yerləşir. Burada Şirvanşahlar dövrünə aid qədim Fit qalasının qalıqları yerləşir. Yürüşə Sulut kəndindən başlayacağıq. Yürüş əsnasında Buzxana, Qırxotaq qəsri və digər tarixi abidələri də ziyarət edəcəyik.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


 

Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Sulut-Bakı)
  • Dağ bələdçiləri
  • Milli Parka giriş biletləri
  • İsti samovar çayı
  • İlkin yardım (ehtiyac olduqda)
  • Səyahət sığortası

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:00

Bakıdan Sulut kəndinə doğru avto nəqliyyat ilə hərəkət edirik.

3

10:00-14:30

Sulut kəndində yekun hazırlıqlardan sonra Fit dağına yürüş edirik.

4

14:30-16:00

İstirahət, yemək və çay fasiləsi, sərbəst vaxt.

5

16:00-18:00

Zirvədən Sulut kəndinə doğru geri yürüş edirik.

6

18:30-21:30

Avtonəqliyyat ilə Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Fit dağı İsmayıllı rayonu ərazisində, Niyal silsiləsində yerləşir.

  • Fit dağının hündürlüyü dəniz səviyyəsindən 1810 metrdir.

  • Yürüş meşəlik və dağ-çəmən ərazisindən keçir. Buradan Sulut, Basqal, Mücü və digər kəndlərə ecazkar mənzərə açılır. Eyni zamanda, yürüşün əvvəlində Sulut kəndindəki tarixi abidələri ("Qırx otaq", "Buzxana") ziyarət edəcəyik.

  • Yaz və payız ayları ideal hesab olunur. Qızmar yay və soyuq qış aylarında getmək tövsiyə olunmur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Fit dağı turunun qiyməti hal-hazırda 1 nəfər üçün 50 AZN-dir.

  • Yürüş təcrübəsi az olanların bu tura qatılması tövsiyə olunmur.

  • 14 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review