Gur-gur şəlaləsi turu

  • Quba, Qrız kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 3-4 km
  • Mercedes Benz Sprinter

Xülasə

Gur-gur şəlaləsi Qubanın qədim Qrız kəndi yaxınlığında yerləşir. Qrız kəndindən Gur-gur şəlaləsinə qədər olan məsafə təxminən 2 km-dir. Marşrut boyunca Qudyalçay kanyonun ecazkar mənzərələr açılır. Şəlalənin mənzərəli dövrü yaz və qış ayları hesab olunur. Qışda şəlalənin donması ona olan marağı artırır.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Quba-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan Qubaya doğru avtobus ilə hərəkət edirik.

3

10:30-11:30

Dağ maşınları ilə yola davam edirik.

4

11:30-11:45

Qrız kəndinə çatırıq və yürüşə hazırlaşırıq.

5

11:45-13:00

Gur-gur şəlaləsinə doğru yürüş edirik.

6

13:00-14:30

Gur-gur şəlaləsinə çatırıq və asudə vaxt (çay, nahar və s.).

7

14:30-16:00

Qrız kəndinə doğru geri yürüş edirik.

8

16:00-17:00

Qrız kəndində çay fasiləsi edirik.

9

17:00-18:00

Dağ maşınları ilə Qubaya geri dönürük.

10

18:00-21:30

Avtobusla Bakıya doğru yola düşürük.

Xəritə

Tez-tez soruşulan suallar
  • Gur-gur şəlaləsi Qubanın Qrız kəndi yaxınlığında yerləşir.

  • Tur müddətində Qızılqaya massivi və ətraf dağların ecazkar mənzərələri, Qudyalçay kanyonu və Gur-gur şəlaləsinin bənzərsiz gözəllikləri və etnik Qrız kəndinin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.

  • Yaz və qış ayları. Xüsusən, qış aylarında şəlalənin donması onun cəlbediciliyini artırır.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Gur-gur şəlaləsi turunun qiyməti 1 nəfər üçün 55 ₼-dir.

  • Bəli, Gur-gur şəlaləsi turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review