Kəpəz (3066 m) zirvəsi turu

  • Göygöl rayonu, Göygöl Milli Parkı
  • 2 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta-asan
  • 6-7 km
  • Mercedes Benz Sprinter

Xülasə

Kəpəz zirvəsi (3066 m) Kiçik Qafqaz dağlarında, inzibati ərazi baxımından Göygöl rayonu ərazisində, yerləşir. Zirvə fəal seysmik zona hesab olunur. 1139-cu ildə baş vermiş zəlzələ nəticəsində Kəpəz zirvəsi uçaraq Ağsu çayının məcrasını kəsmiş və nəticədə Göygöl və Maralgöl kimi dağ gölləri əmələ gəlmişdir. Turun ilk günü Göygöl və Maralgölü ziyarət edib Toğana kəndində kotteclərdə gecələyəcəyik. İkinci gün isə səhər tezdən dağ maşınları ilə Kəpəzin (3066 m) ətəyinə doğru yollanıb zirvə yürüşünə başlayacağıq.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (35-40 litr)
  • Uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, corab (azı 2 cüt))
  • Rahat su keçirtməyən topuqdan yuxarı ayaqqabı
  • Günəşdən qorunma vasitələri (günəş kremi, gün eynəyi, baş örtüyü)
  • Yürüş çubuğu
  • Alın fanarı
  • Tozluq
  • Su qabı/Termos
  • Şəxsi tibb çantası (şəxsi dərmanlar)
  • Şəxsi gigiyenik vasitələr


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq

 


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Göygöl-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • Milli Parka giriş biletləri
  • Fövqəladə Hallar Nazirliyindən icazə
  • Kotteclərdə yerləşdirmə
  • Səhər və axşam yeməkləri (1 dəfə)
  • Tur müddətində isti çay
  • Səyahət sığortası
  • İlkin yardım və xilasetmə (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə zəruri  su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-12:30

Bakıdan Göygölə doğru avtobusla hərəkət edirik.

3

12:30-14:30

Kotteclərdə yerləşmə və nahar fasiləsi.

4

15:30-19:00

Göygöl və Maralgöl gəzintisi.

5

19:00-20:00

Şam yeməyi.

6

21:00-03:00

İstirahət (yatmaq) vaxtı.

7

İKİNCİ GÜN

Turun ikinci hissəsi

8

03:00-04:00

Səhər yeməyi və hazırlıq.

9

04:00-06:00

Dağ maşınları ilə Xan bulağı yaylağına gedirik.

10

06:00-06:30

Yaylağa çatırıq və yürüşə hazırlaşırıq.

11

06:30-10:30

Zirvəyə doğru yürüş.

12

10:30-11:30

Zirvəyə çatırıq və asudə vaxt (çay, nahar və s.).

13

11:30-13:30

Zirvədən Xan bulağı yaylağına geri yürüş edirik.

14

13:30-15:30

Dağ maşınları ilə Toğana kəndinə doğru hərəkət edirik.

15

15:30-16:30

Bakıya dönüş üçün hazırlaşırıq.

16

16:30-17:30

Şam yeməyi.

17

17:30-23:00

Avtobusla Bakıya doğru yola düşürük.

Xəritə

Tez-tez soruşulan suallar
  • Kəpəz zirvəsi Göygöl və Goranboy rayonları arasında yerləşir.

  • Kəpəz zirvəsinin dəniz səviyyəsindən mütləq hündürlüyü 3066 metrdir.

  • Turun birinci günü Göygöl və Maralgölə, ikinci gün isə Kəpəz zirvəsinə yürüş edəcəyik. Kəpəz zirvəsindən Kiçik Qafqazın ecazkar dağ mənzərələrini seyr edə biləcəksiniz.

  • Zirvəyə ilboyu turlar təşkil edilir. Ən mənzərəli dövrü may-iyun ayları hesab olunur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Kəpəz zirvəsi turunun qiyməti 160 ₼-dir.

  • Yürüş təcrübəsinin olması arzuolunandır.

  • 14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu yürüşə qatıla bilər.

160,00 

Write a review