Qızılqaya zirvəsi (3726 m) Yan Silsiləyə aid Qızılqaya massivində yerləşən zirvələrdən biridir. Turun ilk günü Qubanın Qrız kəndinə yollanıb Gurgur şəlaləsinə aklimitasiya xarakterli yürüş edilir. Qrızda, kənd evində gecələdikdən sonra, ertəsi gün səhər saatlarında dağ maşınları ilə Qızılqaya massivinin ətəyinə (3000 m) yollanıb zirvə yürüşünə başlanılır.
Qiymətə daxil deyil:
Xüsusi qeydlər:
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Qubaya doğru avtobus ilə hərəkət edəcəyik.
Dağ maşını ilə Qubadan Qrız kəndinə doğru yola davam edirik.
Qrızda kənd evinə yerləşmə və asudə vaxt (çay, nahar, gəzinti və s.).
Gur-gur şəlaləsinə yürüş.
Asudə vaxt.
Şam yeməyi.
İstirahət (yatmaq) vaxt.
Turun ikinci hissəsi
Səhər yeməyi və hazırlıq.
Dağ maşınları ilə dağın ətəyinə gedirik.
Hazırlıq və yürüşə başlayırıq.
Zirvəyə çatırıq və asudə vaxt (çay, nahar və s.).
Zirvədən geriyə doğru yürüş edirik.
Dağ maşınları ilə Qrız kəndinə doğru hərəkət edirik.
Bakıya dönüş üçün hazırlaşırıq.
Şam yeməyi.
Qrızdan dağ maşınları ilə Qubaya gəlirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Qızılqaya zirvəsi Qızılqaya massivinin zirvələrindən biri olub Quba rayonunda yerləşir.
Qızılqaya zirvəsinin dəniz səviyyəsindən mütləq hündürlüyü 3726 metrdir.
Bu zirvədən ölkəmizdəki əksər dördminlik zirvələri seyr etmək mümkündür.
Daha çox may-iyun və avqust-sentyabr aylarında çıxmaq tövsiyə olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Qızılqaya zirvəsi turunun qiyməti 170 ₼-dir.
Bu tur üçün yürüş təcrübəsinin olması mütləqdir.
14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu tura qatıla bilər.
170,00 ₼
170,00 ₼
(0 reviews)
160,00 ₼
İnformasiya