Xanbulan turu

  • Lənkəran, Xanbulan kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta-asan
  • 7-8 km
  • Mercedes Benz Sprinter

Xülasə

Xanbulan gölü su anbarı kimi 1976-cı ildə suvarma məqsədilə yaradılmışdır. Göl Didoval çökəkliyində, Dızdaru çayının məcrasında yerləşməklə Hirkan Milli Parkının hüdudlarındadır. Xanbulan gölü bölgənin əsas turizm marşrutlarından biridir. Ən mənzərəli dövrü yaz və payız ayları hesab olunur.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Lənkəran-Bakı)
  • Milli Parka giriş biletləri
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Hirkan Milli Parkına çatırıq.

3

10:30-13:00

Son hazırlıq və yürüşə başlayırıq.

4

13:00-15:30

Xanbulan gölünə çatırıq və asudə vaxt (nahar, çay və s.).

1

15:30-17:00

Yürüşə davam edirik.

5

17:00-18:00

Kənd ərazisində samovar çayı içirik.

6

18:00-21:30

Avtobusla Bakıya doğru yola düşürük.

Xəritə

Tez-tez soruşulan suallar
  • Xanbulan gölü Lənkəran rayonu ərazisində yerləşir.

  • Yürüş marşrutu əsasən Hirkan meşəliyindən keçir. Tur müddətində Hirkan meşəliyinin ecazkar gözəlliyindən həzz alacaqsınız.

  • Yaz, yay və payız ayları. Xüsusilə, göl və ətraf ərazilər yazın əvvəli və payızın sonlarında füsunkar olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Xanbulan turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.

  • Bəli, Xanbulan turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review