Xarıbülbül (2783 m) turu

  • Quba, Xınalıq kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta-asan
  • 7-8 km
  • Mercedes Benz Sprinter

Xülasə

Xarıbülbül yüksəkliyi (2783 m) Vətən Müharibəsində şəhid olan hərbçilərimizin xatirəsini əbədiləşdirmək üçün 2020-ci ilin 13 dekabr tarixində bir qrup azərbaycanlı alpinist tərəfindən təsis edilmişdir. Yüksəklik Qubanın  Xınalıq və Qalaxudat kəndləri arasında yerləşir. Yürüşə Xınalıq kəndindən başlayacağıq və eyni istiqamətdə geri dönəcəyik.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.

 


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Quba-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan Qubaya doğru avtobus ilə hərəkət edəcəyik.

3

10:30-11:30

Qubadan Xınalığa doğru dağ maşınları ilə hərəkət edirik.

4

11:45-14:00

Son hazırlıq və yürüşə başlayırıq.

5

14:00-15:00

Zirvəyə çatırıq və asudə vaxt.

6

15:00-17:00

Xınalıq kəndinə doğru geri yürüş edirik.

7

17:00-18:00

Kənd evində çay fasiləsi.

8

18:00-19:00

Dağ maşınları ilə Qubaya qayıdırıq.

10

19:00-23:00

Avtobusla Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • 14 yaşdan yuxarı, fiziki sağlam və yürüş təcrübəsi olan istənilən şəxs bu yürüşə qatıla bilər.

  • Yürüş təcrübəsinin olması arzuolunandır.

  • Xarıbülbül yüksəkliyi Qubanın Qalaxudat və Xınalıq kəndləri arasında yerləşir.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Xarıbülbül turunun qiyməti 1 nəfər üçün 60 ₼-dir.

  • Xarıbülbül yüksəkliyinə əsasən 8 Noyabr "Zəfər Günü" ərəfəsində turlar təşkil edilir.

  • Tur müddətində Qızılqaya massivi və ətraf dağların ecazkar mənzərələrini seyr edib, etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.

Write a review