Qusarın Laza kəndi isə Şahdağ platosunun ətəyində dəniz səviyyəsindən təxminən 1660 metr hündürlükdə yerləşir. Lazaya qonşu olan Kuzun kəndi isə dəniz səciyyəsindən 1280 metr hündürlükdə yerləşir. Yürüş bu iki kəndi birləşdirən köhnə cığır üzərindən olacaq. Tur müddətində Qızılqaya massivinə, Şahdağ platosuna və Mıxtökən silsiləsinə ecazkar mənzərələr açılır. Etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə tanışlıq tura əlavə rəng qatır. Bölgəyə ilboyu turlar təşkil edilir. Ən mənzərəli dövrü isə şübhəsiz ki, may-iyun və qarlı qış aylarıdır.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan avtobusla Kuzun kəndinə doğru yola düşürük.
Kuzun kəndinə çatırıq və yürüşə hazırlaşırıq.
Kuzun kəndindən Qusarçayın dərəsinə doğru yürüş edirik
Çay kənarında asudə vaxt (çay, nahar və s.).
Laza kəndinə doğru yürüşə davam edirik.
Laza kəndinə çatırıq və Qoşa şəlalələrə yürüş edirik.
Çay fasiləsi edirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Laza kəndi Qusar rayonu ərazisində yerləşir.
Kuzun kəndi Qusar rayonu ərazisində yerləşir
Yürüş marşrutu əsasən dağ-çəmən landşaftından keçir. Tur müddətində Qızılqaya massivinin, Şahdağ platosunun və Mıxtökən silsiləsinin ecazkar mənzələrinə şahidlik edib, etnik kəndlərin məişət həyatı və mədəniyyəti ilə yaxından tanış olacaqsınız.
Bölgəyə ilboyu turlar təşkil olunur. Yaz sonu və qış ayları ən mənzərəli dövrü hesab olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Kuzun-Laza turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.
Bəli, Kuzun-Laza turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
45,00 ₼
45,00 ₼
İnformasiya