Məstərgah (2695 m) dağı turu

  • Quba, Qrız kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Orta
  • 9-10 km
  • Mercedes Benz Sprinter

Xülasə

Məstərgah dağı Qubanın Qrız kəndi yaxınlığında yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 2695 metrdir. Bu yüksəklikdən ətraf rayonlara və kəndlərə, Qızılqaya massivinə, Xəzər dənizinə, Babadağ silsiləsinə ecazkar mənzərə açılır.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Quba-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan Qubaya doğru avtobus ilə hərəkət edirik.

3

10:30-11:30

Dağ maşınları ilə yolumuza davam edirik.

4

11:30-11:45

Qrız kəndinə çatırıq və yürüşə hazırlaşırıq.

5

11:45-14:00

Məstərgah dağına doğru (2695 m) yürüşə başlayırıq.

6

14:00-15:00

Məstərgah dağına (265 m) çatırıq və asudə vaxt (çay, nahar və s.).

7

15:00-16:30

Gur-gur şəlaləsinə doğru yürüş edirik.

8

16:30-17:00

Gur-gur şəlaləsinə çatırıq və asudə vaxt.

9

17:00-18:00

Gur-gur şəlaləsindən Qrız kəndinə doğru yürüş edirik.

10

18:00-18:30

Qrız kəndində çay fasiləsi edirik.

11

18:30-19:30

Dağ maşınları ilə avtobusun yanına doğru gedirik.

12

19:30-23:00

Avtobusla Bakıya doğru yola düşürük.

Xəritə

Tez-tez soruşulan suallar
  • Məstərgah dağı Qubanın Qrız kəndi yaxınlığında yerləşir.

  • Məstərgah dağının dəniz səviyyəsindən maksimal hündürlüyü 2695 metrdir.

  • Məstərgah dağından ətraf rayonlara və kəndlərə, Xəzər dənizinə, Babadağ silsiləsinə, Qızılqaya massivinə ecazkar mənzərə açılır. Yürüş müddətində iştirakçılar Gur-gur şəlaləsinə səyahət edib, yerli qrızların məişəti və mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.

  • Əraziyə ilboyu turlar təşkil edilir. Ən mənzərəli dövrü yaz və qış ayları hesab olunur.

  • Hal-hazırda Məstərgah dağı turunun qiyməti bir nəfər üçün 55 ₼-dir.

  • Bu tur yürüş təcrübəsi az və ya heç olmayanlara çətin gələ bilər.

  • 14 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review