Namazgah kəndi İsmayıllının dağlıq zonada yerləşən kiçik kəndlərindən biridir. Kənd “Lahıc” turizm zonasında, Girdiman çayının sağ sahilində yerləşir. Mərkəzinin hündürlüyü təxminən 1100 metrdir. Müdri kəndi isə “Lahıc” turizm zonasında, Müdrü çayının sağ sahilində yerləşir. Mərkəzinin hündürlüyü təxminən 1300 metrdir. Qədim zamanlardan bu iki kənd arasında yeganə yol çay içi, kanyon olub. Yürüşə Namazgah kəndindən başlamaqla məhz bu kanyonun içi ilə yürüş edib Müdri kəndində sonlandıracağıq.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan avtobusla İsmayıllıya doğru yola düşürük.
Namazgah kəndinə çatırıq və yürüşə hazırlaşırıq.
Kanyon boyunca yürüşə başlayırıq.
Uyğun yerdə çay və nahar fasiləsi edirik.
Yürüşə davam edib Müdri kəndinə çatırıq.
Müdridən dağ maşınları ilə Lahıca doğru hərəkət edirik.
Lahıcda qısa gəzinti edirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Namazgah kəndi İsmayııllı rayonu ərazisində yerləşir.
Müdri kəndi İsmayııllı rayonu ərazisində yerləşir.
Hal-hazırda Namazgah-Müdri turunun qiyməti 50 ₼-dir.
Bəli. Namazgah-Müdri turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur
Bəli, Namazgah-Müdri turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
Yay ayları yürüş üçün daha uyğundur.
Yürüş əsasən çay dərəsindən və meşəlik ərazidən keçir. Böyük Qafqazın ecazkar dağ mənzərələrini seyr edə biləcəksiniz.
50,00 ₼
50,00 ₼
İnformasiya