Nisəqala kanyonu turu

  • Yardımlı, Nisəqala kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 5-6 km
  • Mercedes Benz Sprinter

Xülasə

Nisəqala kanyonu Yardımlının Nisəqala kəndi yaxınlığında yerləşir. Peştəsər silsiləsində yerləşən bu kanyondan ətraf ərazilərə ecazkar mənzərə açılır. Turun ilk hissəsində kanyonun içi ilə hərəkət edib şəlaləni görə biləcəyik. İkinci hissəsində isə kanyonun üzərinə qalxıb ətraf mənzərələri seyr edəcəyik.


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (sandal tipli olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Yardımlı-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-11:30

Bakıdan avtobusla Nisəqala kəndinə hərəkət edirik.

3

11:30-13:00

Son hazırlıq və kanyon içi ilə yürüşə başlayırıq.

4

13:30-14:30

Şəlaləyə çatırıq və asudə vaxt.

5

14:30-15:15

Dağ maşını ilə kanyonun üzərinə hərəkət edirik.

6

15:15-16:00

Kanyon üzərində asudə vaxt.

7

16:00-16:30

Dağ maşını ilə Nisəqala kəndinə qayıdırıq.

8

16:30-17:30

Kənd evində çay fasiləsi.

9

17:30-22:00

Avtobusla Bakıya doğru hərəkət edirik.

Xəritə

Frequently Asked Questions
  • Nisəqala kanyonu Yardımlının Nisəqala kəndi yaxınlığında yerləşir.

  • Yürüş marşrutu əsasən çay dərəsindən keçir. Yürüş müddətində Peştəsər silsiləsi və ətraf ərazilərin ecazkar mənzərələrindən həzz alacaqsınız. Eyni zamanda, tur müddətində Təkdam şəlaləsinə də yürüş edilir.

  • Yaz, yay və payız ayları. Xüsusən, aprel-may və sentyabr-oktyabr ayları Nisəqala kanyonuna yürüş üçün ideal vaxt hesab olunur.

  • Hal-hazırda Nisəqala kanyonu turunun qiyməti 45 ₼-dir.

  • Bəli, Nisəqala kanyonu turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review