Qalacıq şəlaləsi turu

  • İsmayıllı, Qalacıq kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 7-8 km
  • Mercedes Benz Sprinter

Xülasə

Qalacıq kəndi İsmayıllı rayonu mərkəzindən 30 km şimal- qərbdə, dağ ətəyində yerləşir. Kənddən 4.5 km məsafədə Şahdağ Milli Parkının ərazisində meşənin dərinliklərində Qalacıq şəlaləsi yerləşir.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-İsmayıllı-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • Milli Parka giriş biletləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-10:30

Bakıdan İsmayıllıya doğru avtobusla hərəkət edirik.

3

10:30-11:00

Qalacıq kəndinə çatırıq və dağ maşını ilə davam edirik.

4

11:00-13:00

Hazırlıq və Qalacıq şəlaləsinə doğru yürüş edirik.

5

13:00-15:00

Şəlaləyə çatırıq və asudə vaxt (çay, nahar və s.).

6

15:00-17:00

Geriyə doğru yürüş edirik.

6

17:00-17:30

Dağ maşını ilə Qalacıq kəndinə geri dönürük.

6

17:30-21:30

Avtobusla Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Qalacıq şəlaləsi İsmayıllının Qalacıq kəndi yaxınlığında yerləşir.

  • Yürüş marşrutu meşəlik ərazidən və çay dərəsindən keçir. Tur müddətində Böyük Qafqazın ecazkar dağ mənzərələrindən həzz alacaqsınız.

  • Qalacıq şəlaləsinə ilboyu turlar təşkil olunur. Hər fəsildə şəlalə və ətrafı fərqli gözəllikdə olur.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Qalacıq şəlaləsi turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.

  • Bəli, Qalacıq şəlaləsi turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review