Qələbin şəlalələri Lerikin eyniadlı kəndinin yaxınlığında yerləşir. Şəlalələr Davaradibi çayının sərt qayalıqlarından tökülərək formalaşıb. Şəlalələr töküldüyü yerdə geniş gölməçələr əmələ gətirib. Şəlalələrə gedən yol möhtəşəm dağ mənzərələri ilə əhatələnməklə sıx meşəlikdən keçir.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq
Bakıdan Lerikə doğru avtobus ilə hərəkət edirik
Dağ maşını ilə yolumuza davam edirik
Qələbin kəndinə çatırıq və yürüşə hazırlaşırıq
Qələbin şəlalələrinə doğru yürüş edirik
Şəlalələrə çatırıq və asudə vaxt (çay, nahar və s.)
Kəndə doğru geri yürüş edirik
Kənd ərazisində çay fasiləsi
Dağ maşınları ilə avtobusun yanına gedirik
Avtobusla Bakıya doğru yola düşürük
Qələbin şəlalələri Lerikin Qələbin kəndi yaxınlığında yerləşir.
Yürüş marşrutu əsasən meşəlik ərazidən ibarətdir. Tur müddətində Talış dağlarının ecazkar mənzərələrindən həzz alacaqsınız.
Yaz, yay və payız ayları Qələbin şəlalələrinə yürüş üçün ideal zaman hesab olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Qələbin şəlalələri turunun qiyməti hal-hazırda 1 nəfər üçün 50 ₼-dir
Bəli, bu tur yürüş təcrübəsi az və ya heç olmayanlar üçün də uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
50,00 ₼
50,00 ₼
İnformasiya