2018-ci ildə yaradılmış Qızılağac Milli Parkı inzibati cəhətdən Lənkəran, Masallı və Neftçala rayonlarının ərazisində yerləşir. Landşaftına su-bataqlıq ərazisi və Xəzər dənizi sahilinin bir hissəsi daxildir. Milli Park ərazisində adi qızılqaz (Phoenicopterus roseus), ağqaş qaz (Anser erythropus), adi göydimdik (Oxyura leucocephala), mərməri ördək (Marmaronetta angustirostris), adi bəzgək (Tetrax tetrax), çöl leyi (Circus macrourus) və qamışlıq pişiyi (Felis chaus) kimi Qırmızı kitaba salınmış növlər müşahidə oluna bilər. Tur müddətində müşahidə üçün iştirakçılar zəruri avadanlıqlarla (binokl) təmin olunacaqlar.
Zəhmət olmazsa özünüzlə su və bir günlük qida ehtiyatı götürün. (yemək, meyvə, çərəz və şirniyyat)
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 07:25-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Milli Parka doğru yola düşürük.
Quş müşahidəsi ilə bağlı məlumatlandırma.
Mahmudçala gölünə çatırıq və müşahidəyə başlayırıq.
Avtobusla yola davam edirik.
Liman qəsəbəsinə çatırıq və müşahidəyə başlayırıq.
Milli Parkın əsas girişinə doğru hərəkət edirik.
Milli Parkın inzibatı binasında nahar və çay fasiləsi edirik.
Milli Park ərazisində müşahidəyə davam edirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Qızılağac Milli Parkı inzibati cəhətdən Lənkəran, Masallı və Neftçala rayonlarının ərazisində yerləşir.
Adi qızılqaz (Phoenicopterus roseus), ağqaş qaz (Anser erythropus), adi göydimdik (Oxyura leucocephala), mərməri ördək (Marmaronetta angustirostris), adi bəzgək (Tetrax tetrax), çöl leyi (Circus macrourus).
Quş müşahidəsi üçün yaz, payız və qış ayları ideal vaxt hesab olunur.
İştirakçılar müşahidə üçün lazım olan bütün avadanlıqlarla təmin olunurlar.
Hal-hazırda Qızılağac Milli Parkı turunun qiyməti 55 ₼-dir.
Xeyr, quş müşahidəsi turu üçün yürüş təcrübəsi tələb olunmur.
55,00 ₼
55,00 ₼
(0 reviews)
50,00 ₼
İnformasiya