Şirvan MP – Quş müşahidəsi turu

  • Salyan, Şirvan Milli Parkı
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 3-4 km
  • Mercedes Benz Sprinter

Xülasə

Şirvan Milli Parkı – Cənub-şərqi Şirvan düzündə, inzibati cəhətdən Salyan və Neftçala rayonları ərazisində yerləşir. Zəngin faunaya malik Milli Parkda 230 quş növü qeydə alınmışdır. Belə zənginliyə səbəb Milli Parkın quşların miqrasiya yolunda yerləşməsi və quşların yaşayışı üçün biotopların müxtəlifliyi ilə bağlıdır. Quşlara misal olaraq flaminqo, bizquyruq, ağgöz dalğıc, qu quşu, müxtəlif ördək növlərini və başqalarını göstərə bilərik. Sadalanan quş növləri ilə yanaşı, Milli Park ərazisində ceyran, çöl donuzu, çöl pişiyi kimi heyvan növlərini də müşahidə edə bilərik. Tur müddətində müşahidə üçün iştirakçılar zəruri avadanlıqlarla (binokl) təmin olunacaqlar. Təlimçimiz uzun illərdir quş müşahidəsi üzrə bələdçi kimi çalışan, ekoloq Abdin Abbasov olacaq.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (15-20 litr)
  • Rahat geyim (su və külək keçirtməyən geyim tövsiyə olunur)
  • Rahat su keçirtməyən topuqdan yuxarı ayaqqabı
  • Su qabı / termos və s.
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Yağmurluq
  • Binokl

 


 

Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı – Şirvan MP – Bakı)
  • Peşəkar quş müşahidəsi təlimçisi və təbiət bələdçiləri
  • Milli Parka giriş biletləri
  • Müşahidə üçün lazımı avadanlıqlar
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə su və bir günlük qida ehtiyatı götürün. (yemək, meyvə, çərəz və şirniyyat)

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

07:30-07:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 07:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

08:00-10:00

Bakıdan Şirvan Milli Parkına doğru avto nəqliyyat ilə hərəkət edəcəyik. Təlimçimiz quş müşahidəsi ilə bağlı nəzəri bilikləri iştirakçılarla bölüşür.

3

10:00-10:30

Milli Parka çatırıq və muzeylə tanış oluruq.

4

10:45-12:30

Giriş hissədən etibarən müşahidəyə başlayırıq və daha sonrasında avtobusla estakadaya gedib orada müşahidəyə davam edirik. Sonda xidməti binaya doğru hərəkət edirik.

5

12:30-13:00

Nahar və çay fasiləsi edirik.

6

13:00-17:00

Göl ətrafında və digər məntəqələrdə müşahidələrə davam edirik.

7

17:00-19:00

Şirvan MP-dən Bakıya doğru avtonəqliyyat ilə hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Şirvan Milli Parkı inzibatı cəhətdən Salyan və Neftçala rayonları ərazisində yerləşir.

  • Flaminqo, bizquyruq, ağgöz dalğıc, qu quşu, müxtəlif ördək növləri və başqaları.

  • Müşahidə üçün yaz, payız və qış ayları ideal vaxt hesab olunur.

  • İştirakçılar müşahidə üçün lazım olan bütün avadanlıqlarla təmin olunurlar.

  • Hal-hazırda Şirvan Milli Parkı turunun qiyməti 50 ₼-dir.

  • Xeyr, quş müşahidəsi turu üçün yürüş təcrübəsi tələb olunmur.

Write a review