Sım turu

  • Sım kəndi
  • 1 gün
  • 18 nəfər
  • Azərbaycan, ingilis və rus
  • Asan
  • 7-8 km
  • Mercedes Benz Sprinter

Xülasə

Sım kəndi Astarada, Təngərüd çayının sahilində yerləşir. Burada turizm əhəmiyyətli “Aşağı Şırhal”, “Yuxarı Şırhal”, “Dustaqxana” kimi şəlalələr və “Ballıqaya” yüksəkliyi var. Təbiəti ilə yanaşı, əhalinin qonaqpərvərliyi ilə seçilən kəndə ilin dörd mövsümündə təbiət turları təşkil edilir.

 


Götürməyiniz zəruri olan əşyalar:

  • Bel çantası (minimum 15-20 litr)
  • Mövsümə uyğun dağ geyimi (şalvar, köynək, gödəkçə, jaket, corab (azı 2 cüt) və s.)
  • Rahat dağ ayaqqabısı (uzunboğaz olması tövsiyə olunur)
  • Yürüş çubuqları
  • Su qabı/termos
  • Günəşdən qorunma vasitələri (gün eynəyi, gün kremi, baş örtüyü)
  • Şəxsi dərman vasitələri

 


Götürməyiniz məsləhət olunan əşyalar:

  • Əlavə geyim və ayaqqabı
  • Alın fanarı
  • Yağmurluq

 

Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.


Qiymətə nələr daxildir:

  • Komfortlu nəqliyyat (Bakı-Astara-Bakı)
  • Dağ maşınları
  • Dağ bələdçiləri
  • İsti çay
  • Səyahət sığortası
  • İlkin yardım (ehtiyac olduqda)

 


Qidalanma:

Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.

 


 

Qeydiyyat:

+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.

 


 

İmtina qaydaları:

Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.

 

Turun planı

1

06:30-06:55

20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.

2

07:00-11:00

Bakıdan Sım kəndinə doğru avto nəqliyyat (bir hissəsi dağ maşını) ilə hərəkət edirik.

3

11:15-13:00

Ballıqayaya doğru yürüş edirik.

4

13:00-14:00

Ballıqayada sərbəst vaxt, yemək və çay fasiləsi.

5

14:00-15:00

Şırhal (Sım) şəlaləsinə doğru yürüş edirik.

6

15:00-16:00

Şırhal şəlaləsindən fasilədən sonra Sım kəndinə doğru geri yürüş edirik.

6

16:30-17:30

Sımda kənd evində çay süfrəsi və asudə vaxt.

6

18:00-22:00

Avtonəqliyyat ilə Bakıya doğru hərəkət edirik.

Xəritə

Tez-tez soruşulan suallar
  • Sım kəndi Astara rayonu ərazisində yerləşir.

  • Sım kəndinə ilin dörd mövsümündə təbiət turları təşkil edilir. Xüsusilə, kənd yazın əvvəli və payızın sonlarında füsunkar olur.

  • Sım kəndi "Aşağı Şırhal", "Yuxarı Şırhal", "Dustaqxana" kimi şəlalələri və "Ballıqaya" yüksəkliyi ilə məşhurdur. Eyni zamanda, yerli əhalinin mədəniyyəti və məişət həyatı turistləri cəlb edir.

  • Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.

  • Hal-hazırda Sım turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.

  • Bəli, Sım turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.

  • 6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.

Write a review