Tokiəxil şəlaləsi Lerikin ecazkar dağ kəndlərindən biri olan Vizəzəmin kəndinin yaxınlığında yerləşir. Şəlaləyə gedən yol sıx meşəlikdən və çay yatağından keçir. Yürüşün müəyyən hissəsinin bolsulu çay yatağı ilə davam etməsi onu unikal edir.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Vizəzəmin kəndinə (Lerik) doğru avtobusla hərəkət edirik.
Vizəzəmin kəndinə çatırıq və yürüşə hazırlıq.
Tokiəxil şəlaləsinə yürüş edirik.
Şəlaləyə çatırıq və asudə vaxt.
Vizəzəmin kəndinə doğru yürüş edirik.
Kənd evində nahar və çay fasiləsi.
Avtobusla Bakıya doğru yola düşürük.
Tokiəxil şəlaləsi Lerikin Vizəzəmin kəndi yaxınlığında yerləşir.
Yürüş marşrutu meşəlik ərazidən və çay dərəsindən keçir. İştirakçılar eyni zamanda, tur müddətində talış mətbəxinin nemətlərindən dadmaq fürsəti əldə edirlər.
Yay ayları yürüş üçün ideal vaxt hesab olunur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Tokiəxil şəlaləsi turunun qiyməti 55 ₼-dir.
Bəli, Tokiəxil şəlaləsi turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
55,00 ₼
55,00 ₼
İnformasiya