Toradi kəndi Astaranın ucqar kəndlərindən biridir. Mərkəzinin hündürlüyü 1132 metrdir. Torə (tora) talış dilindən tərcümədə “su mənbəyi”, “kanal” və di isə “kənd” deməkdir. Kənddən bir qədər məsafədə unikal təbiət abidəsi olan “Gəlinqaya” yerləşir. Xüsusən, yazın əvvəllərində bu ərazilər əsrarəngiz dağ mənzərələrinə görə seçilir.
Qeyd: Əgər sizin çatışmayan geyim və ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazadan ecohiking iştirakçılarına özəl endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Zəhmət olmazsa özünüzlə 1 günlük su (min. 1-2 litr) və qida ehtiyatınızı (yemək, meyvə, çərəz və şirniyyat) götürün.
+99477 461 2398 (Whatsapp | Zəng) nömrəsi ilə əlaqə saxlayın. Yerlər məhdud olduğu üçün qeydiyyatdan tez keçmək tövsiyyə edilir.
Ödəniş proseduru barədə qeydiyyat üçün müraciət etdikdən sonra bildiriləcək.
Turun başlanmasına 24 saatdan az qalarkən yürüşə qoşula bilməyəcəklərini bildirən şəxslərin ödənişi geri qaytarılmır. 48 saatdan az 24 saatdan çox vaxt qaldıqda yalnız 50%-i geri qaytarılır. Ən azı 48 saat öncədən imtina edildikdə isə tam məbləğ geri qaytarılır.
20 Yanvar m/st yaxınlığındakı Bravo hipermarketin qarşısında toplaşacağıq. 06:55-ə qədər marketdən alış-veriş etmək üçün vaxtınız olacaq.
Bakıdan Astaraya avtobusla yola düşürük.
Toradi kəndinə çatırıq və yürüşə hazırlaşırıq.
Gəlinqayaya doğru yürüş edirik.
Gəlinqayaya çatırıq və asudə vaxt (çay, nahar və s.).
Toradi kəndinə doğru geri yürüş edirik.
Kənd evində çay fasiləsi edirik.
Avtobusla Bakıya doğru yola düşürük.
Toradi kəndi Astara rayonu ərazisində yerləşir.
Gəlinqaya Astaranın Toradi və Lerikin Loda kəndləri arasında yerləşir.
Yürüş marşrutu dağ-çəmən ərazisindən keçir. Burada unikal təbiət abidəsi Gəlinqaya qayalıqlarını, Nüdüz qalasını və eyni zamanda, Talış dağlarının ecazkar gözəlliklərini görmək mümkündür.
Yaz, yay və payız ayları. Xüsusilə, yazın əvvəlləri bu bölgə füsunkar olur.
Çatışmayan geyim və ya ləvazimatınız varsa, əməkdaşlıq etdiyimiz mağazalardan endirimli qiymətlərlə icarə edə bilərsiniz.
Hal-hazırda Toradi-Gəlinqaya turunun qiyməti 1 nəfər üçün 45 ₼-dir.
Bəli, Toradi-Gəlinqaya turu yürüş təcrübəsi az və ya heç olmayanlar üçün uyğundur.
6 yaşdan yuxarı fiziki sağlam istənilən şəxs bu yürüşə qatıla bilər.
45,00 ₼
45,00 ₼
İnformasiya