Akustik (səs) çirklənməsi nədir?

Akustik (səs) çirklənməsi canlılar aləminə müxtəlif formalarda mənfi təsir edən hər hansısa narahatedici və ya arzuolunmaz səslər kimi izah edilir. Bu kimi çirklənməni əsasən nəqliyyat vasitələri, əyləncə mərkəzləri, sənaye müəssisələri və başqaları yaradır. Mütəmadi səs kirliliyinə məruz qalan insanlarda qan təzyiqinin qalxma­sı, ürək döyüntüsünün qısalması, qan da­marlarının daralması, qanın əzələlərə, beynə və digər orqanlara verilməsinin güclənməsi kimi hallar müşahidə olunur. 

Akustik (səs) çirklənməsinin heyvanlara mənfi təsirləri:

Səs kirliliyi insanlar kimi heyvan və bitkilərə də mənfi təsir edir. Bu təsirlər aşağıdakılardan ibarətdir:

🔶 Stress – Yüksək səs-küy heyvanları qorxuda və stressə sala bilər. Bu onların normal davranışlarının pozulmasına səbəb olur.

🔶 Qidalanma rejiminin pozulması – Səs-küy səbəbindən heyvanlar daha təhlükəsiz yerə çəkilirlər. Bunun nəticəsində onların qidalanma rejimi pozulur.

🔶 Nəsil artırma problemi – Nəsil artırma mövsümündə müşahidə olunan səs-küy heyvanların cütləşmə prosesini ləngidir. Bu hal heyvanların nəsil artırılmasında məhsuldarlığının aşağı düşməsinə səbəb ola bilər.

🔶 Miqrasiya – Davamlı səs-küy səbəbindən heyvanlar daimi yaşayış arealını tərk edib onlara uyğun olmayan ərazilərdə məskunlaşmağa məcbur olurlar.

🔶 Kommunikasiya problemi – Bir çox heyvanlar bir-birləri ilə özlərinə məxsus səslərlə ünsiyyət qurur. Səs-küy heyvanlar arasında ciddi kommunikasiya problemlərinə yol aça bilər.

🔶 Ovlanma və müdafiə zəifliyi – Səs-küy səbəbindən heyvanların ovlanma və müdafiə bacarıqları zəifləyir və onlar xarici təsirlərə dözümsüz olurlar.

Akustik (səs) çirklənməsinin bitkilərə mənfi təsirləri

Akustik (səs) çirklənməsinin bitkilər üzərində mənfi təsirləri də mövcuddur. Bu əsasən özünü tozlanma prosesində göstərir. Məlumdur ki, bir çox bitkilərin tozlanmasında həşəratlar, quşlar və başqa canlılar fəal iştirak edir. Səs-küy səbəbindən bu canlıların ərazidən uzaqlaşması bitkilərin tozlanma prosesinə mənfi təsir edə bilər.

Təbiət yürüşlərində akustik (səs) çirklənməsi necə yaranır?

Bəzən təbiət yürüşlərində iştirakçılar özləri də bilmədən səs-küy çirklənməsinin vasitəçisinə çevrilirlər. Təbiət yürüşlərində səs-küy çirklənməsi necə yarana bilər?

🔶 Avtomobillə heyvanların yaşadığı areala (meşə, çöllük, su hövzəsi və s.) yaxınlaşanda;
🔶 Yürüşə eyni anda çoxlu sayda insanla qatılanda;
🔶 Səsucaldan cihazlarla yüksək səslə musiqiyə qulaq asanda;
🔶 Yüksək səslə danışanda, kimisə səsləyəndə, güləndə, mahnı oxuyanda, qışqıranda;
🔶 Heyvanları qıcıqlandıracaq və ürküdəcək digər hərəkətlər edəndə (qazanla nağara çalmaq kimi):

Unutmayaq ki, biz təbiətə qonaq kimi gedirik. Ev sahiblərini qıcıqlandıracaq hərəkətlər etməyərək özümüzü qonaq kimi aparmalı və müvafiq qaydalara riayət edərək səs kirliliyinin vasitəçisinə çevrilməməliyik.

2 thoughts on “Akustik (səs) çirklənməsi nədir?

  1. December 7, 2025
    Reply

    Interesting read on acoustic pollution and its impact on wildlife. It highlights how noise affects stress and behavior, which ties into consumer environments like salons and spas where ambience matters. In Suplery we aim to streamline beauty businesses with a professional platform that unifies inventory, orders, and an online shop, making stock and orders predictable. For barbershops and salons, real‑time stocktakes and a single dashboard for suppliers can save time and keep salons running smoothly. My statement can be biased, but Suplery also supports direct brand communication and auto order predictions. If you’re optimizing operations, consider Suplery as a must‑use solution to boost efficiency.

  2. March 14, 2026
    Reply

    Çox doğru vurğuladınız, təbiətdə vaxt keçirmək insanın özüylə baş-başa qalmasıdır. Gur musiqi klubda evdə toyda da var. Təbiət səs-küyü sevmir.Onun öz səsi var.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related stories

  • 2 Jan, 2025
Doğru şəkildə qidalanmaq təbiət yürüşlərini daha enerjili keçirib təbiətin ecazkarlığından daha çox zövq almağımıza kömək edir. Bu yazımızda...